Ekspert

Elman Fəttah

8 Şərh
2 Tədqiqat
4 Analiz

Elman Fəttah ali təhsilini Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə başa vurub. Siyasi fəaliyyətə 2000-ci illərin əvvəllərindən etibarən Müsavat Partiyasında başlayıb, 2014–2017-ci illərdə partiyanın Divan üzvü və başqan müavini vəzifələrində çalışıb.

Hazırda III Respublika Platformasının (ResPlatforma) qurucu heyət üzvüdür.

Siyasi təcrübəsi ilə yanaşı, o, həm də analitik kimi tanınır. Onun əsas tədqiqat istiqamətləri avtoritarizmin müasir formaları və postsovet ölkələrində demokratik geriləmə problemləri ilə bağlıdır. Müəllifi olduğu “Yeni Avtoritarizm və Azərbaycan” adlı kitab bu mövzuda yazılmış mühüm mənbələrdən biri hesab olunur. Kitabda Azərbaycanın siyasi sistemində formal olaraq mövcud olan demokratik institutların real funksional fəaliyyətinin necə zəiflədiyi və təsirsizləşdirildiyi geniş şəkildə təhlil edilir.

Elman Fəttah müxtəlif media platformalarında yayımlanan məqalə və siyasi analizlərində əsas diqqəti Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqaz regionunda güc balansı, demokratik institutların aşınması və qlobal avtoritarizmin güclənməsi kimi mövzulara yönəldir.

Elman Fəttah