Haqqımızda

KharCenter

“KharCenter” – Xəzər Tədqiqat və Analiz Mərkəzi: Geosiyasi və regional proseslərin təhlili və strateji ideyaların formalaşdırılması üzrə analitik platforma-ideya laboratoriyası

Missiyamız 

Xəzər Tədqiqat və Analiz Mərkəzi (KHAR) olaraq, biz  Azərbaycan, Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropada demokratiyanın inkişafına və şəffaf idarəetmənin təşviqinə dəstək veririk. Bu məqsədlə faktlara söykənən araşdırmalar aparırıq. Siyasətçilər və araşdırmaçılar üçün yararlı tövsiyələr təqdim edir, cəmiyyəti maraqlandıran məsələlər üzrə açıq müzakirə müstəviləri təşkil edirik. Bizim əsas məqsədimiz vətəndaş cəmiyyətini inkişaf etdirmək və ölkələrin demokratik irəliləyişinə dəstək verməkdir.

Gələcəyə baxışımız

Amamlımız  avtoritar rejimlərin kölgəsində qalan region ölkələrində, xüsusilə Azərbaycanda demokratik idarəetmə, insan hüquqlarına hörmətin, bütövlükdə ədalətin yenidən təsisinə nail olunmasıdır. Bu amalı həyata keçirmək üçün də intellektual/azad müzakirə muhiti təqdim etmək yolu ilə vətəndaş cəmiyyətinin və demokratiya hərəkatlarının təməllərinin möhkəmləndirilməsinə çalışırıq. Hədəfimiz — addım-addım, hər kəs üçün  ədalətli və azad gələcəyin qurulmasına töhfə verməkdir.


Qeyd: KharCenter-in bütün yazıları tamamilə insan məhsuludur və süni zəka alətləri yazıların hazırlanmasında iştirak etmir. 

KHARCENTER-İN DİREKTORU

Elman Fattah
Elman Fattah

Elman Fəttah ali təhsilini Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə başa vurub. Siyasi fəaliyyətə 2000-ci illərin əvvəllərindən etibarən Müsavat Partiyasında başlayıb, 2014–2017-ci illərdə partiyanın Divan üzvü və başqan müavini vəzifələrində çalışıb.

Hazırda III Respublika Platformasının (ResPlatforma) qurucu heyət üzvüdür.

Siyasi təcrübəsi ilə yanaşı, o, həm də analitik kimi tanınır. Onun əsas tədqiqat istiqamətləri avtoritarizmin müasir formaları və postsovet ölkələrində demokratik geriləmə problemləri ilə bağlıdır. Müəllifi olduğu “Yeni Avtoritarizm və Azərbaycan” adlı kitab bu mövzuda yazılmış mühüm mənbələrdən biri hesab olunur. Kitabda Azərbaycanın siyasi sistemində formal olaraq mövcud olan demokratik institutların real funksional fəaliyyətinin necə zəiflədiyi və təsirsizləşdirildiyi geniş şəkildə təhlil edilir.

Elman Fəttah müxtəlif media platformalarında yayımlanan məqalə və siyasi analizlərində əsas diqqəti Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqaz regionunda güc balansı, demokratik institutların aşınması və qlobal avtoritarizmin güclənməsi kimi mövzulara yönəldir.

MÜƏLLİF

Akif Gurbanov
Akif Gurbanov

3-cü Respublika Platformasının spikeri.Tibb və hüquq ixtisasları üzrə ali təhsil alıb. Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin və respublikaçılıq ideallarının inkişafı istiqamətində fəal çıxış edir. Azərbaycan avtoritarizminin ardıcıl və prinsipial tənqidçilərindəndir. Siyasi və ictimai fəaliyyətinə, ifadə azadlığı uğrunda mübarizəsinə görə 2024-cü ildə Azərbaycanda həbs edilib. Yerli və beynəlxalq insan haqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2024-cü il Vaclav Havel mükafatının finalistidir.

MÜƏLLİF

Ahad Ahadli
Ahad Ahadli

Siyasi tədqiqatçı. 

Mərkəzi Avropa Universitetinin siyasi elmlər üzrə magistrı.



MÜƏLLİF

Amrah Jafarov
Amrah Jafarov

Almaniyada yaşayan politoloq, araşdırmaçıdır. 

O Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akadmiyasının Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavrı, Türkiyənin Ankara Sosial Elmlər Universitetində Siyasi Elmlər ixtisası üzrə magistraturanı və ABŞ-ın San Dieqo Universitetində Mediasiya və Münaqişə Həlli üzrə ali təhsil kursunu bitirib.

MÜƏLLİF

Araz Aliyev
Araz Aliyev

Tədqiqatçı, analitik.

 Üçüncü Respublika Platformasının qurucu heyət üzvü.

MÜƏLLİF

Emin Aslanov
Emin Aslanov

Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr və ABŞ-ın Nyu-York şəhərində Syracuse Universitetinin Hüquq fakultəsində magistr təhsili alıb. Hazırda hüquqçu kimi fəaliyyət göstərir.

Gülarə İsmayılova

Gulara Ismayilova
Gulara Ismayilova

Feminist və sülhquruculuğu aktivisti, Bakı Dövlət Universiteti politologiya məzunu.

MÜƏLLİF

Ismail Djalilov
Ismail Djalilov

ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir.  

YouTube platformasında yayımlanan “Düz Danışaq” kanalının aparıcısıdır. Siyasətçilər, diplomatlar və  digər məlumat istehsalçıları ilə Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.

MÜƏLLİF

Maryam Gholizadeh
Maryam Gholizadeh

Məryəm Qolizadə hazırda Türkiyənin Ankara şəhərində yaşayan universitet müəllimi və akademik tədqiqatçıdır. O, Orta Doğu Texniki Universitetində (Middle East Technical University) Ərazi Araşdırmaları üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə malikdir. Onun dissertasiyası sosial hərəkatlarda emosional keçidlər, xüsusilə də İranda baş vermiş 1979-cu il inqilabı haqqındadır.

MÜƏLLİF

Samira Huseynli
Samira Huseynli

Samirə Hüseynli müstəqil jurnalist və sənədli film rejissorudur. O,  Bakı Dövlət Universitetində Jurnalistika üzrə bakalavr (B.A) və Vytautas Maqnus Universitetində Gələcək Media və Jurnalistika üzrə magistr (M.A) dərəcəsi alıb. Onun tədqiqat maraqlarına rəqəmsal hekayəçilik (digital storytelling) və Azərbaycandakı subkulturalar daxildir.