İsmayıl Cəlilov
ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir.
O, YouTube platformasında yayımlanan “Düz Danışaq” kanalının aparıcısıdır
və siyasətçilər, diplomatlar və digər məlumat istehsalçıları ilə
Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr
barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.
Qeyd: Bu məqalənin orijinalı ingilis dilindədir. Orijinal mətni görmək üçün dil parametrlərini ingilis dilinə dəyişin.
Giriş
Qərb dünyası immiqrasiya problemi ilə üz-üzədir, lakin mövcud siyasi diskurs bu məsələyə mənalı şəkildə yanaşmaqda acizdir. Bir tərəfdən, status-kvonun tərəfdarlarının rəvac verdiyi yanaşma çərçivələri nəzarətsiz immiqrasiyanın yaratdığı sosial və iqtisadi problemlərin hər hansı bir intellektual baxımdan dürüst müzakirəsinə mane olur, hətta mötədil səsləri belə rədd edərək marginallaşdırır. Digər tərəfdən isə, immiqrasiya əleyhdarları məsələni ağır və mənfur dillə təsvir edərək, immiqrantları müasir cəmiyyətin bütün bəlalarına görə günah keçisinə çevirirlər.
İrəliləyişə nail olmaq üçün müzakirələrə yeni bir çərçivədən, yəni ideoloji sərtliyi rədd edib, nüanslara üstünlük verən çərçivədən yanaşılmalıdır. Bu, mötədil, fakta əsaslanan fikirlərin ostrakizm, şəxsi hücumlar və ya irqçilik və ksenofobiya ittihamlarından qorxmadan müzakirə meydanına daxil ola biləcəyi bir diskussiya olmalıdır.
Fili görə bilmək
XXI əsrdə Qərbi səciyyələndirən əsas bir paradoks mövcuddur: cəmiyyətlərimizin bəyan etdikləri idealları-tolerantlığı və universal dəyərləri hər zamankindən daha qərarlı müdafiə etsə də, eyni zamanda ifrat sağın, anti-immiqrant siyasi hərəkatların partlayışa bənzər yüksəlişi müşahidə olunur (Wall Street Journal, 30 avqust 2025). Çox vaxt dar ideoloji çərçivə ilə məhdudlaşan meynstrim təhlil bu fenomeni sadələşdirilmələrə uğradıb rədd etməyə əl atmadan izah etməkdə çətinlik çəkir. Həqiqət budur ki, bu böhran liberal dəyərlərin sadəcə rədd edilməsi deyil, liberal isteblişmentin öz uğursuzluqlarına – siyasət toplusunun və daha da kritik olanı, diskursunun iflasına verilən dərin və öngörülə biəcək reaksiyadır.
Liberal düşüncənin bu “kor nöqtəsi” anti-avtoritar mütəfəkkir Harri Kasparovun bu yaxınlarda dərc etdiyi essesində özünü tam nümayiş etdirdi. O, Avropanın ifrat sağa meyilini düzgün diaqnoz etsə də, bunu əsasən Rusiya təcavüzü qarşısında Avropa İttifaqının institusional zəifliyi və geosiyasi ürkəkliyi ilə əlaqələndirdi (Politico, 3 avqust 2025). Lakin onun təhlilində gözə çarpan bir boşluq var idi. Bu populist yüksəlişin səbəblərini təhlil edərkən o, otağın ortasındakı fili, yəni kütləvi, nəzarətsiz immiqrasiyanın səbəb olduğu böyük sosial və mədəni təlatümü tamamilə görməzdən gəldi.
Kasparovun bu sükutu unikal deyil; bu, liberal isteblişment daxilində bu siyasi sarsıntının əsas daxili hərəkətverici qüvvəsi ilə dürüstcə üzləşməkdən daha geniş, sistemli inkarın təcəssümüdür. Avropada ifrat sağın yüksəlişi və ABŞ-dakı nativist hərəkatı sadəcə immiqrasiyanın özünə bir reaksiya deyil, həm də liberal elitanın bu mövzuda hər hansı bir dürüst, nüanslı müzakirənin qarşısını almaq qərarının birbaşa nəticəsidir. Bütün tənqidləri etnik ya irqi qərəz kimi qələmə verib, legitim narahatlıqları marginallaşdıraraq, liberallar siyasi bir vakuum yaradaraq, mötədil vətəndaşları özlərindən uzaqlaşdırdılar və istəmədən, qarşı çıxdıqlarını iddia etdikləri ekstremizmin özünü qeyri-ixtiyari olaraq alovlandırdılar (Kammer, Jerry, 2020).
Müqəddəs inəklər
Avropanın və dünyanın gələcəyi həyəcan təbili çalır. Leninin verdiyi bədnam tərifə görə, inqilabi bir vəziyyət yetişib: isteblişment miqrantların daimi axınının səbəb olduğu əbədi iqtisadi və siyasi narahatlıq şəraitində yaşamağa davam etməyi “bacarmır”, xalq isə “istəmir”. Bir sıra ölkələrdə gələnlərin sayı artıq uğurlu assimilyasiya bacarığı həddini aşıb və bu da ciddi, real sosial problemlərə yol açır (Halla, Martin, 2017; Campo, Federico, 2024). Lakin liberal isteblişmentin polis rolunda nəzarət etdiyi mövcud diskurs çərçivəsi bu problemlərin hətta adının çəkilməsinə belə imkan vermir. Bunları dilə gətirmək özünü marginallaşdırmaq və avtomatik olaraq “irqçi”, “ksenofob” və “islamofob” kimi kütləvi və fərq qoyulmadan damğalanmaq deməkdir.
Avropada və ümumiyyətlə Qərbdə diskursa qoyulan bu cür məhdudiyyətlər İkinci Dünya Müharibəsinin nəticələri fonunda formalaşdırıldı. Belə ki, yüksələn populizm və faşizmin təkrarına yol verməmək kimi aşkar bir səbəbdən müzakirənin özü diqqətlə strukturlaşdırılır və məcazi mənada polis kimi nəzarətə alınırdı. Paradoks ondadır ki, zaman keçdikcə və tiranlığın fəlakətlərini xatırlayan nəsillər səhnədən getdikcə, müzakirələrə qoyulan məhdudiyyətlər qarşısını almağa çalışdığı fenomenin daha da güclənməsinə səbəb oldu.
Diskursun bu şəkildə boğulması böhranın özəyini təşkil edir. Bu, sərt mənəvi ikiliyin yaranmasına gətirib çıxarıb: bütün növ miqrasiyanı qeyd-şərtsiz qəbul etməyən hər hansı mövqe qeyri-legitim sayılır. İnstinktiv reaksiya, siyasi düşərgəsindən və ya şəxsi keçmişindən asılı olmayaraq, heç bir düşüncə və ya müzakirə aparmadan hər kəsi ittiham etmək oldu. Bu, təkcə mühafizəkarları hədəfə alması ilə deyil, həm də prosesin proqnozlaşdırıla bilinəcək şəkildə aparılmasına və bir qədər çərçivəyə salınmasına çağırmağa cürət edən mötədil vətəndaşları və hətta vətəndaşlıq almış immiqrantları belə marginallaşdırması ilə unikal şəkildə əks-nəticə verən bir taktikaya çevrildi. Sosial vəhdət, təhlükəsizlik və ictimai xidmətlərin üzərinə düşən stresə dair ağlabatan narahatlıqların legitimliyini inkar edərək, liberal isteblişment bu səsləri meynstrimdən kənarlaşdırdı. Bu da, yalnız daha radikal partiyaların doldura biləcəyi bir siyasi vakuum yaratdı və bu partiyalar susdurulmuş, lakin geniş yayılmış narahatlıqlar üçün yeganə ifadə vasitəsinə çevrilərək, bəlkə də başqa şəraitdə qəbul etməyəcəkləri radikal mövqelərdən çıxış etməyə başladılar. Nəticədə, ifrat sağçı siyasi partiyalar ictimaiyyətdəki geniş məyusluğu hiss edərək diskursu ələ keçirib qaçıraraq, səslərinin siyasi mənzərənin legitim bir parçası kimi qəbul edilməsini axtaranların ilkin mərhələdəki mötədil baxışlarını təhrif etdilər (The Guardian, 2 avqust 2025).
Bu dinamika ortaq məxrəc axtaran hər kəs üçün siyasi mühiti dözülməz edir. Orta mövqe müzakirələrdən sıxışdırılıb çıxarıldıqca mötədil səslər spektrin hər iki tərəfindəki radikal qrupların hədəfinə çevrilir. Hər hansı bir nüanslı, praqmatik həll cəhdi ekstremistlər tərəfindən ideoloji xəyanətin bir forması olan “yarımçıq tədbirlərin təbliği” ittihamı ilə hücuma məruz qalır. Bu çarpaz atəş mənalı müzakirənin baş tutma ehtimalını belə effektiv şəkildə yox edərək, ictimaiyyəti iki dözülməz ifrat mövqe arasında yalançı bir seçimlə baş-başa buraxır.
Liberalların uzun müddətdir kütləvi mədəniyyət vasitəsilə bizi inandırmağa çalışdığı kimi, bütün yeni gələnlərin asanlıqla öz köhnə mədəni kimliklərini atıb yenilərini mənimsəyərək və ev sahibi əhalinin ictimai-siyasi davranış standartlarına riayət edərək britaniyalı, alman və ya hətta amerikalı olması illüziyasını yaratmaq artıq mümkün deyil. Liberalların mətbuat və mədəniyyət üzərindəki inhisarı qırılıb. Yeni bir siyasi ifadə növünə tələbat olduğunu hiss edən media, liberallar tərəfindən uzun müddət fikir ifadə etmək üçün yeganə çərçivə kimi qəbul edilən doqmadan uzaqlaşaraq, ictimai məyusluğu əks etdirməyə daha həvəsli və cəsarətli bir platforma yaratdı (Oxford, 2023). Bir qayda olaraq, yoxlanıla bilən faktları təqdim etmək və keyfiyyətə nəzarətə riayət etmək məcburiyyətini hiss etməyən “insandan-insana” kommunikasiya platformaları olan sosial medianın geniş yayılması bu tendensiyanı daha da sürətləndirərək, ənənəvi medianı onlara çatmaq uğrunda mübarizə aparmağa vadar etdi (Pew Research Center, 2024).
Bu yeni media mənzərəsi bəzi legitim narahatlıqları səsləndirsə də, eyni zamanda ifrat sağçıların təklif etdiyi təhlükəli dərəcədə sadəlövh həll yollarına və ifrat solçuların yeganə “humanist” hərəkət tərzi kimi təqdim etdikləri status-kvonun qızğın müdafiəsinə də tribuna verdi. Məsələn, bütün immiqrasiyanı fərq qoymadan dayandırmaq ideyası ağır iqtisadi fısadlarla yüklüdür. Belə bir siyasət iqtisadiyyatların kiçilməsinə, işçi qüvvəsi bazarlarının iflic olmasına və xüsusilə də kənd təsərrüfatı və qida emalı sektorlarında istehsal xərclərinin kəskin artmasına gətirib çıxarardı (USDA Economic Research Service, iyul 2025; Baker Institute, 2024; Center for Strategic and International Studies, 2024). Bu, eyni zamanda enməkdə olan doğum səviyyəsini kompensasiya edən yeganə demoqrafik resursun yox olmasına gətirib çıxararaq, bu böhranı daha da dərinləşdirər, nəticədə demokratik ictimai quruluşun özünü qeyri-sabit vəziyyətə gətirə biləcək iqtisadi sarsıntılar və siyasi qütbləşmədən ibarət bir qüsurlu dövrana yol açmaq potensialına malikdir. Digər tərəfdən, status-kvonun əbədi olaraq davamı artıq bir sıra cəmiyyətlərdə köklü seçki dəyişikliklərinə və daxili münaqişələrə səbəb olub.
“İqtisadi miqrantlar” və “siyasi qaçqınlar” anlayışlarının mənalarının qarışdırılması bir başqa iri münaqişə nöqtəsinə çevrilib. İstehlakçı iqtisadiyyatlarında həvəslə iştirak etməklə iqlim dəyişikliyinə verdikləri mənfi töhfəyə görə bəlkə də daxili günahkarlıq hissindən irəli gələn liberal Qərb elitaları, bir-birindən kəskin şəkildə fərqlənən bu iki qrupa eyni mənəvi prioriteti verir kimi görünürlər. Bir tərəfdə milyonlarla iqtisadi miqrant dayanır: bunlar dəyişən iqlim şəraiti, idarəetmədə səriştəsizlik, sistemli korrupsiya və qohumbazlıq üzündən yoxsullaşan və siyasi əlaqələri olmadıqları təqdirdə layiqli həyat yaşaya bilmədilkləri ölkələrdən qaçan insanlardır. Digər tərəfdə isə əsaslı təqib qorxusu olan sığınacaq axtaranlar var: zorakı homofob cəmiyyətlərdən qaçan homoseksuallar və ya qatil rejimlərdən canını qurtaran siyasi dissidentlər.
Bu cür mənaların qarışdırılması sığınacaq anlayışının özünü çaşdıraraq dəyərdən salıb və “sığınacaq axtaran” terminini ifrat sağın hücum hədəfinə çevirib. Praktikada bu, ağır iqtisadi vəziyyətdən, hətta ifrat yoxsulluqdan qaçanlarla cinsi oriyentasiya və/və ya siyasi və dini inanclarına görə qaçınılmaz ölümlə üzləşənlər arasında bərabərlik işarəsi qoyub (European Union Agency for Asylum, avqust 2025). Bu cür ayırdetmə qabiliyyətinin olmaması ABŞ və Avropanın immiqrasiya və sığınacaq vermə proseslərinin tıxanmasına, dövlət bürokratiyalarının həddindən artıq yüklənməsinə və elektoratın qəzəblənməsinə gətirib çıxarıb (U.S. Congressional Research Service, yanvar 2025).
Nəticəsində yaranmış vəziyyət immiqrasiyanın ideoloji əleyhdarlarına sistemdən sui-istifadə hallarını əsas gətirərək bütün iddiaların etibarlılığını şübhə altına almağa imkan verir və bununla da canlarını qurtarmaq üçün ölkələrindən qaçanların səslərini zəiflədir. Münaqişənin böyük immiqrant əhalisi olan ölkələrdə bir sıra daxili sarsıntılarla məhdudlaşacağı, yoxsa daha təhlükəli və sərhədləri aşan bir qarşıdurmaya çevriləcəyini zaman göstərəcək. Debatın əsas terminləri mənasızlaşdırıldığı bir şəraitdə, biz baş verməmiş dialoqdan doğan ciddi bir münaqişənin astanasındayıq.
Filin Uzanan Kölgəsi
Bu uğursuzluq monolit deyil. Bütün Avropada fərqli inteqrasiya modelləri sınaqdan keçirilib və bu modellər fərqli uğursuzluqlarla nəticələnib. Öz sərt dünyəvi və assimilya yönümlü modeli ilə Fransa immiqrantlardan öz kimliklərindən imtina edərək mədəni cəhətdən fransız olmalarını tələb edirdi. Nəticədə isə birlik deyil, seqreqasiyaya məruz qalmış, yoxsullaşmış “banlieue”lərin (şəhərətrafı məhəllələrin) formalaşması, dərin sosial gərginlik və təkrarlanan milli kimlik böhranı baş verdi (BBC News, iyul 2023).
Bunun əksinə olaraq, Almaniya onilliklər boyu işçilərin nə vaxtsa öz evlərinə qayıdacaqları fərziyyəsi ilə işçi qüvvəsi idxal edərək, “Gastarbeiter” (modelini tətbiq etdi. Bu “qonaq işçilər”in öz ölkələrinə qayıtmaması mədəni və dil baxımından meynstrimdən təcrid olunmuş paralel cəmiyyətlərin yaranmasına səbəb oldu (Hille Peter, 2021).
Hər iki yanaşma uğursuz oldu, lakin onların fərqli uğursuzluqları inteqrasiya probleminin sadələşdirilmiş “immiqrasiya tərəfdarı” və “immiqrasiya əleyhdarı” diskursunun imkan verdiyindən qat-qat mürəkkəb olduğunu sübut edir.
Eyni problem Birləşmiş Ştatlarda fərqli şəkildə təzahür edir. Avropa öz mədəni-etnik köklü millətçiliyinin əsiri olduğu halda, ABŞ ənənəvi olaraq gəlmələri təməlində Amerika ideyasına ortaq inamın dayandığı siyasi və vətəndaş millətçiliyi çərçivəsində assimilyasiya edirdi. Lakin hətta bu daha çevik model belə indi böyük gərginlik altındadır. Müasir immiqrasiyanın mövcud miqyası və sürəti “demoqrafik narahatlıq” adlanan bir vəziyyətin yaranmasına səbəb olub və debat indi onu Avropa diskursundan daha da qorxulu vəziyyətə gətirən irqi çalarlara bürünüb. Problemi açıq şəkildə dilə gətirməyin imkansızlığı yalnız özlərini qəsdən korluğa salanları görə bilmədilkləri bir partlayışa bənzər reaksiyaya yol açıb ki, nəticəsi baş vermis ciddi elektoral dəyişikliklər və siyasi islahatlardır (Gallup, 2024; AP-NORC, yanvar 2025).
Bu proseslər, bəzi Demokratlar və soldakı digər qüvvələr tərəfindən irəli sürülən və spesifik immiqrant hüquqlarını insan hüquqları kimi geniş əhatəli anlayışla eyniləşdirən yanlış narrativ fonunda baş verdi. İlk baxışda, sonuncu konsepsiya asanlıqla qəbul edilən anlayışdır; axı ABŞ-ın əsas bəyan edilmiş dəyərləri “öz yoxsullarını mənə göndər” prinsipinə əsaslanır və heç bir ağlı başında insan, biz amerikalıların əziz tutduğu İstiqlal Bəyannaməsinin əsas prinsiplərində əks olunduğu kimi, kiminsə “toxunulmaz hüquqlar”ından məhrum edilməsinin lehinə çıxış etməz. Lakin bu təhrif olunmuş narrativ nəzarətsiz immiqrasiya tərəfdarlarının təsəvvüründə ABŞ vətəndaşlarının hüquqlarının “a priori” olaraq bütün potensial immiqrantlara – istər qanuni, istərsə də qeyri-qanuni – ekstraterritorial şəkildə verilməsinə gətirib çıxardı. Bu transformasiyanın son mərhələsi, milli dövlətin və milli sərhədlərin qurulmasından və qanun aliliyindən irəli gələn məsələləri görməzdən gələrək və ya həddindən artıq sadələşdirərək səslənən “Bizim əcdadlarımız da bura qanuni və ya qeyri-qanuni yollarla gəliblər, ona görə də hər kəsin eyni şeyi etməyə haqqı var” mantrası oldu. Bu narrativin və onun bir çox versiyasının rədd edilməsi Respublikaçılar partiyası üçün güclü bir birləşdirici şüara çevrilərək, partiyaya bütün anti-immiqrant ovqatda olanları və əhval-ruhiyyəni bölüşənləri böyüyən bir çadır altına toplamağa və onu ilkin mövqeyindən xeyli sağa çəkməyə imkan verdi.
Birləşmiş Ştatlarda immiqrasiya mövzusundakı ictimai parçalanmanın səviyyəsi inkarolunmaz həqiqətə çevrilib. Hətta o dərəcədə ki, o zamankı namizəd Donald Tramp tərəfdarlarına və ABŞ Konqresindəki respublikaçı müttəfiqlərinə Bayden administrasiyasının 2024-cü il seçkiləri ərəfəsində sərhəd böhranı və immiqrasiya islahatı üzrə təqdim etdiyi son çırpınma, müvəqqəti tədbir təklifininin əleyhinə səs verməyi tapşırdı. O, öz seçki kampaniyasını nəticədə uğurunu nümayiş etdirmiş Meksika ilə “sınıq Cənub sərhədi” şüarı üzərində qurdu (Associated Press, 2024).
Bəlkə də ən bariz nümunə özünü indi-indi göstərməkdə olandır. İmmiqrasiya siyasətini liberallaşdırmağa müqavimət göstərən, bəlkə də sonuncu böyük liberal demokratiya olan Yaponiya indi uzun müddətdir ki, qüvvədə qalan daxili tabunu pozmaqdadır. Məhdudlaşdırıcı və Bizans sayağı mürəkkəb və dolaşıq immiqrasiya siyasətləri ilə ad çıxarmış – hətta Yaponiya vətəndaşlarının həyat yoldaşlarının belə çox vaxt vətəndaşlığa gedən aydın bir yola sahib olmadığı – bu ölkə, qorxuducu bir böhran üçlüyü—yaşlanan əhali, iqtisadi durğunluq və kiçilən işçi qüvvəsi səbəbindən öz mövqeyini yenidən gözdən keçirməyə məcbur olur (Financial Times, fevral 2025; Reuters, 2024; The Japan Times, iyul 2025; Reuters, avqust 2025).
İmmiqrasiya tərəfdarları azalan doğum səviyyəsinə zəruri bir həll yolu kimi və yaşlılara qulluq etmək üçün gənc bir nəslə olan təcili ehtiyaca görə açıq şəkildə ölkəyə immiqrasiyanın liberallaşmasına çağırırlar. Lakin siyasətçilər bir gözlərini Avropa və Şimali Amerikada yaşanan sosial inteqrasiya problemlərində saxlayaraq, bu dəyişiklik təşəbbüsünü ehtiyatla qarşılayır. Əleyhdarların arqumenti də çox aydındır: əgər Qərbi Asiya, Afrika və ya Yaxın Şərqli üçün Avropanın mədəni və siyasi kimliyini qəbul etməsi çətindirsə, o zaman çox sayda immiqrantın Yaponiyanın yüksək kontekstli mədəniyyətini mənimsəyə bilməsi inanılmaz dərəcədə daha çətin görünür. Nəticədə, ənənəvi olaraq qapalı bir cəmiyyətdə bir zamanlar milli konsensus mövzusu olan bir məsələ Qərbin bir nəsil boyunca aparmaqdan imtina etdiyi bir debat şəklində ictimai müzakirəyə səbəb olub.
Otaqdakı işıqları yandırmaq lazımdır
Hazırkı vəziyyət Qərbdə immiqrasiya tərəfdarları və əleyhdarları tərəfindən eyni dərəcədə nüanssız, güzəştsiz şəkildə uçurumun kənarında dayanmaq kimi təsvir edilir: ya liberal layihənin siyasi və mədəni intiharı, ya da eyni dərəcədə dəhşətli fəsadlara səbəb olacaq populist emosiyaların partlayışı arasında seçim kimi. Qarşı tərəflərin baxışları və ritorikasına görə, Avropa ya geri dönülməz dərəcədə tanınmaz bir müxtəliflik simasını qəbul etməklə öz etnik və/və ya dini köklərinin yox olması təhlükəsi ilə, ya da XX əsrin ortalarındakı fəlakətə bənzər, gözlənilməz və dəhşətli nəticələrə gətirib çıxaracaq nəzarətsiz populist emosiya partlayışı ilə üz-üzədir. Bu cür səciyyələndirmələr mötədillik və təfərrüata çox az yer saxlayır.
Hələlik Avropanın meynstrim sağçı partiyalarının liderləri – Meloni, Le Pen, Vilders – əsasən liberal-demokratik elitanın qaydaları ilə oynayaraq, isteblişmentlə bir masa arxasında əyləşirlər. Amma vaxt gələ bilər ki, qucaq iti sahibini dişləsin. Avropa tarixində burjua-demokratik elitanın sağçı qüvvələrlə, onların nəticədə onların “yola gətiriləcəyinə” arxayın olaraq, poker oynaması və əfsuslar olsun ki, çox gec oyanıb öz xülyalarının acı bəhrəsini görməsi kimi bir nümunə var.
Liberal nizam reallıq əvəzinə doqmanı seçdiyi üçün uğursuzluğa düçar olub. Bu uğursuzluq ikiqatdır: siyasət toplusunun uğursuzluğu və daha da önəmlisi, diskursun iflası. Lakin tarix göstərir ki, məhz Avropa böyük böhranlardan sonra yenilənmək üçün unikal bir qabiliyyətə malikdir. İkinci Dünya Müharibəsindən sonra başına sülhsevərlik və tolerantlığın çəkiclə yeridilməsinin nəticəsi olaraq immiqrasiyanı və sonrakı müxtəlifliyi yalnız nikbin, çiçəkli ifadələrlə təsvir etməyə məcbur edildiyinə qəbullandığı qitənin öz kursunu düzəltmək və orta yol tutmaq qabiliyyəti lazımınca qiymətləndirilməlidir. Avropanın buna ABŞ-da müşahidə olunan kəskin elektoral dəyişikliklər olmadan nail olub-olmayacağı əsas sual olaraq qalır. Lakin hər ikisi üçün onların təlatümlü tarixləri bir zəiflik deyil, əksinə, potensial davam gətirmə gücünün mənbəyi ola bilər.
Atlantik okeanının hər iki sahilində gələcək iki kabus arasında bir seçim olmalı deyil. Fərdi azadlıq və insan ləyaqəti üçün əvəzsiz mühafizələri əsas prinsip sayan liberal demokratik layihəni qoruyub saxlamağın yeganə yolu dürüst və çətin dialoq üçün cəsarəti yenidən kəşf etməkdir. Fil otaqdadır. Ya işıqları yandırıb onu görməyin, ya da ciddi və qaçılmaz bir münaqişə riskini gözə almağın vaxtıdır.
Nəticə
Müasir cəmiyyətlərin üzləşdiyi bir çox digər məsələlərdə olduğu kimi, immiqrasiya məsələsi də dürüst və nüanslı debata açıq olmalıdır; elə bir debat ki, formatı qısa şüarlara, ideoloji cəhətdən sərt və sadələşdirilmiş konstruksiyalara asanlıqla təslim olmasın. Bu məsələ Almaniyadan İtaliyaya və Birləşmiş Ştatlara qədər müxtəlif Qərb demokratiyalarında seçki siyasəti üçün öz alt-üst edici potensialını artıq sübut edib. Hər iki cinah öz siyasi məqsədlərinə çatmaq üçün əhalinin narahatlıqlarını istismar edir, lakin dürüst, biliyə əsaslanan debatın olmamasından irəli gələn problemləri həll etmək üçün çox az səy göstərir. İmmiqrasiya arqumentin hər iki tərəfində qəzəbdən doğan maraq cəlb edən məsələ olsa da, sağlam, mötədil debat nə parlamentlərdə, nə də media platformalarında mövcuddur.
Anlaşıqlı dialoq və kompromis olmadıqda yalnız xaos, qorxu və liberal demokratiyaların sütunlarına təhdid yaradan potensial partlayıcı təhlükəli seçki mandatları qalır. Belə şəraitdə məsuliyyət, nəhayət, öz sıralarında “elçiyə zaval yoxdur” prinsipini pozmayan və status-kvo tənqidçilərinə haqsız damğalar vurmayan bir müzakirəyə imkan vermək üçün liberalların üzərinə düşür.
İstinadlar:
Luhnow, David, Valentina Pop, and Laurence Norman. “Populist Right-Wing Parties Lead Polls in Europe’s Biggest Economies.” Wall Street Journal, August 30, 2025. https://www.wsj.com/world/europe/right-wing-europe-dd4f1156
Kasparov, Garry and Gabrielius Landsbergis. "Europe’s Future Depends on Confrontation, Not Compromise." Politico, August 3, 2025. https://www.politico.com/news/magazine/2025/08/03/europe-future-authoritarianism-00490010
Kammer, Jerry. “I’m a Liberal Who Thinks Immigration Must Be Restricted.” The New York Times, January 16, 2020. https://www.nytimes.com/2020/01/16/opinion/immigration-democrats.html
Halla, Martin, et al. “Immigration and Voting for the Far Right.” Journal of the European Economic Association 15, no. 6 (2017): 1341–1385. https://ideas.repec.org/a/oup/jeurec/v15y2017i6p1341-1385..html
Campo, Federico, et al. “Refugee Crisis and Right-Wing Populism: Evidence from the Italian Local Elections.” European Economic Review, 2024. https://www.sciencedirect.com/science/article/pii/S0014292124001557
Osuh, Chris. "A Hostile Environment: Language, Race, Surveillance and the Media." The Guardian, August 2, 2025. https://www.theguardian.com/uk-news/2025/aug/02/language-on-immigration-in-uk-news-and-politics-found-to-have-shaped-backlash-against-antiracism
Reuters Institute for the Study of Journalism. Digital News Report 2023. Oxford, 2023. https://reutersinstitute.politics.ox.ac.uk/sites/default/files/2023-06/Digital_News_Report_2023.pdf
Pew Research Center. “Social Media and News Fact Sheet.” September 17, 2024. https://www.pewresearch.org/journalism/fact-sheet/social-media-and-news-fact-sheet/
USDA Economic Research Service. “Farm Labor.” Updated July 7, 2025. https://www.ers.usda.gov/topics/farm-economy/farm-labor
Baker Institute. “Feeding America: How Immigrants Sustain U.S. Agriculture.” July 19, 2024. https://www.bakerinstitute.org/research/feeding-america-how-immigrants-sustain-us-agriculture
Center for Strategic and International Studies. “Immigration Policy Solutions to Shortages in Critical Sectors of the U.S. Economy.” November 25, 2024. https://www.csis.org/analysis/immigration-policy-solutions-shortages-critical-sectors-us-economy
European Union Agency for Asylum. “Latest Asylum Trends.” Accessed August 2025. https://euaa.europa.eu/latest-asylum-trends
U.S. Congressional Research Service. “FY2024 EOIR Immigration Court Data: Caseloads and the Pending Cases Backlog.” January 24, 2025. https://www.congress.gov/crs-product/IN12492
“France riots: Why do the banlieues erupt time and time again?” BBC News, July 3, 2023. https://www.bbc.com/news/world-europe-66071455
Hille, Peter. “In 1961, Germany needed workers and Turks answered the call.” Deutsche Welle, October 5, 2021. https://www.dw.com/en/the-german-turkish-recruitment-agreement-60-years-on/a-59398455
Gallup. “Immigration Surges to Top of Most Important Problem List.” February 27, 2024. https://news.gallup.com/poll/611135/immigration-surges-top-important-problem-list.aspx
AP-NORC. “2025: The Public’s Priorities and Expectations.” January 7, 2025. https://apnorc.org/projects/2025-the-publics-priorities-and-expectations/
AP-NORC / Associated Press. “Trump Is Stronger on Immigration and Weaker on Trade, an AP-NORC Poll Finds.” March 31, 2025. https://www.ap.org/news-highlights/spotlights/2025/trump-is-stronger-on-immigration-and-weaker-on-trade-an-ap-norc-poll-finds/
Associated Press. “Senate Republicans Block Bipartisan Border Deal.” February 7, 2024. https://apnews.com/article/congress-ukraine-aid-border-security-386dcc54b29a5491f8bd87b727a284f8
Financial Times. “Japan Births Fall to Lowest in 125 Years.” February 26, 2025. https://www.ft.com/content/95d3282e-daef-4670-b704-c1215393e7f8
Reuters. “Japan Faces Shortage of Almost a Million Foreign Workers in 2040, Think-Tank Says.” July 4, 2024. https://www.reuters.com/markets/asia/japan-faces-shortage-almost-million-foreign-workers-2040-think-tank-says-2024-07-04/
The Japan Times. “Japan to Start New Residency System for Foreign Workers.” July 28, 2025. https://www.japantimes.co.jp/news/2025/07/28/japan/foreign-workers-new-residency-system/
Reuters. “Japan Should Debate Cap for Foreign Residents, Government Report Says.” August 29, 2025. https://www.reuters.com/world/japan-should-debate-cap-foreign-residents-government-report-says-2025-08-29/