Xülasə
``Khar Center``in bu tədqiqatı Macarıstanın liberal-demokratik modeldən rəqabətli avtoritarizmə keçidini araşdırır. Xüsusilə 2010-cu ildən sonra Viktor Orban və “Fidesz” partiyasının həyata keçirdiyi konstitusiya dəyişiklikləri, məhkəmə və media üzərində nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin zəiflədilməsi və seçki sisteminin manipulyasiyası nəticəsində ölkə illiberal rejimə yönəlmişdir. Tədqiqat həmçinin Avropa Birliyinin bu proseslərə zəif reaksiyasını və beynəlxalq demokratik norma və institutlara olan təhdidləri təhlil edir. Macarıstan nümunəsi, seçki yolu ilə legitimlik qazanmış liderlərin demokratik institutları necə zəiflədə biləcəyini və bu modelin digər ölkələr üçün də yoluxucu təsir yarada biləcəyini göstərir.
Giriş
1989-cu ildə kommunizmin süqutundan sonra Macarıstan demokratik keçid modeli kimi təqdim olunurdu. Lakin 2010-cu ildən sonra Orbanın rəhbərliyi ilə həyata keçirilən sistemli dəyişikliklər ölkəni avtoritarizmə yaxınlaşdırdı. Seçki qanunvericiliyinin dəyişdirilməsi, məhkəmə və medianın zəiflədilməsi, vətəndaş nəzarətinin məhdudlaşdırılması bu transformasiyanın əsas komponentləridir. Demokratiyanın atributları formal saxlanılsa da, sistem mahiyyət etibarilə avtoritar cizgilər qazanıb. Əsas demokratik şərtlərin – ədalətli seçkilərin, siyasi rəqabətin, hüquq və azadlıqların zəifləməsi bu prosesin başlıca göstəriciləridir. Məqalədə tarixi və struktur amillərlə yanaşı, siyasi elitaların rolu və institusional dəyişikliklər bu transformasiyanı şərtləndirən mühüm faktorlar kimi araşdırılır.
Tədqiqatın məqsədi:
- Macarıstandakı siyasi rejimin mahiyyətini təhlil etmək;
- Demokratiyadan avtoritarizmə keçidi izah edən faktorları müəyyənləşdirmək;
- Bu rejimin klassik avtoritarizmdən fərqli cəhətlərini göstərmək.
Tədqiqat sualları:
- Macarıstanın siyasi transformasiyasını hansı amillər şərtləndirdi?
- Demokratik institutlar bu rejimdə necə fəaliyyət göstərir?
- Qeyri-zorakı üsullarla avtoritar idarəetmə necə tətbiq olunur?
Metodologiya:
Tədqiqat keyfiyyət metodlarına əsaslanaraq, müqayisəli və tarixi təhlil yanaşmalarını birləşdirir.
Açar sözlər: Macarıstan, Avropa İttifaqı, siyasi sistem, avtoritarizm, hibrid rejim, mafiya dövləti, klan kapitalizmi.
Macarıstandakı siyasi sistem hansı modelə uyğundur?
SSRİ-nin dağılmasından sonra yaranan rejimlər ilkin mərhələdə demokratiya görüntüsü altında təqdim olunurdu. Lakin sonradan bu rejimlər “idarə olunan demokratiya”, “elektoral demokratiya”, “suveren demokratiya” və s. kimi terminlərlə səciyyələndirildi. 2010-cu illərdən etibarən isə bu rejimlərin avtoritarizmin hansı modelinə uyğun inkişaf etdiyi siyasi elmdə geniş şəkildə araşdırılır.
Son 15 ildə Macarıstanda yuxarıdan təşkil olunan siyasi sistem haqqında elmi ədəbiyyatda “hibrid rejim”, avtokratiya, “klan kapitalizmi”, “mafiya dövləti” kimi anlayışlardan istifadə olunur.
Hibrid rejim və ya qeyri-liberal demokratiya
Baş nazir Viktor Orban öz sistemini “qeyri-liberal demokratiya” adlandırır (Orban 2014). Bu termin ilk dəfə 1980-ci illərdə Cənub-Şərqi Asiya ölkələrindəki rejimləri xarakterizə etmək üçün istifadə olunub. "İlliberall demokratiya" anlayışını populyarlaşdıran Fərid Zəkəriyyə “Freedom House” təşkilatının məlumatları əsasında 1990-cı illərin siyasi rejimlərini təhlil edərkən aşkar etmişdi ki, “demokratikləşən” ölkələrin yarısı qeyri-liberal demokratiyalardır. (Закария 2004).
İlliberal demokratiyada:
- Parlament və məhkəmələrin zəiflədirilməsi;
- Hüquq və azadlıqlara məhəl qoyulmaması;
- Rəqib partiyaların sıxışdırılması;
- Azad medianın məhdudlaşdırılması;
- Korrupsiyanın idarəetmə alətinə çevrilməsi kimi əlamətlər müşahidə olunur.
Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyası qanunverici, icraedici və mediada dominant mövqedədir. Məhkəmələr qismən müstəqil olsa da, təzyiqlərlə üzləşir. Prokurorluq və dövlət KİV-ləri isə birbaşa hakimiyyətin nəzarətindədir (Peter, and Enyeldi 2018a).
Bu modelin əsas xüsusiyyəti demokratiya atributlarının qorunaraq, seçicidə idarəetmədə iştirak illüziyası yaratmasıdır (Wilkin 2018a). Lakin real məqsəd nəzarəti mərkəzləşdirmək və cəmiyyətin bütün sahələrinə hakim partiyanın hegemonluğunu yaymaqdır (Wilkin 2018b).
Avtokratiya və “Orbanizm”
Macarıstan modeli həm də “orbanizm” anlayışı ilə izah olunur (Cooper 2023a). Bu anlayış şəxsi hakimiyyətin maksimum gücləndirilməsinə və opponentlərin neytrallaşdırılmasına əsaslanır. Sistemin əsasında:
- Formal inklüzivlik, amma mahiyyətcə ekstraktiv institutlar;
- Siyasi və iqtisadi hakimiyyətin tək bir fiqurun - Orbanın əlində cəmlənməsi
dayanır (Cooper 2023b).
Luke Cooper (Cooper 2023c) Orbanı ideoloji baxımdan çevik, lakin məqsədyönlü hegemon lider kimi təsvir edir. Onun siyasəti üç mərhələdə dəyişib: liberal (1989), konservativ (1994), avtoritar (2010). Zorakı repressiyalar müşahidə olunmasa da, Orban əsasən iki alətdən istifadə edir:
- Etnomillətçi ritorika ilə elektoratı səfərbər etmək;
- Korrupsiya vasitəsilə avtokratik nəzarəti gücləndirmək.
Orbanın 2014-cü ildən sonra irəli sürdüyü “milli təşkilatlanma” ideyası fərdi azadlıqları ikinci plana keçirərək, millətçi və konservativ dəyərləri önə çıxarır. Bu ritorika həm də liberal düşüncəyə qarşı səfərbərlik üçün legitimlik yaradır.
Luke Cooper rejimi “avtokratik nasionalizm” kimi dəyərləndirir və yazır: “Orbanın məqsədi oyun sahəsini dəyişmək, yeni elita və media strukturları yaratmaq idi.”
Klan kapitalizmi
Macarıstan rejimi həm də siyasi-iqtisadi “klan kapitalizmi” ilə izah olunur. Bu sistemdə Orban siyasi və iqtisadi hakimiyyəti yaxın çevrəsinin ixtiyarına verərək dövlət strukturlarını müştərilərinə xidmət edən alətə çevirib. İqtisadi patriotizm adı altında sərvət elit təbəqə arasında bölüşdürülür (Comelli & Horvath 2018a).
Klan kapitalizminin əsas xüsusiyyətləri:
- Korrupsiya hegemonluğun əsas alətidir;
- Dövlətin müdaxiləsi “patronaj-klientalist” xarakter daşıyır;
- Siyasi qərarlar formal institutlar əvəzinə qeyri-rəsmi dairələrdə verilir;
- Parlament “patronun” iradəsini sənədləşdirir.
Məsələn, Orbanın müttəfiqi Lorents Mesaroşun müxalifət qəzetini alıb bağlaması, kapitalın siyasi hakimiyyətin gücləndirilməsinə necə xidmət etdiyini göstərir (Comelli & Horvath 2018b).
Mafiya dövləti
Macarıstanın keçmiş təhsil naziri və tədqiqatçı Balint Madiyar rejimi “mafiya dövləti” adlandırır (Мадьяр 2016a). O, klassik mafiya ilə bu sistem arasında müqayisə apararaq mafioz dövlətin əsas məqsədini – şəxsi zənginlik və hakimiyyətin qorunması – kimi izah edir.
Mafiya dövlətində:
- Vergi, polis və prokurorluq kimi struktur vahidlər mafioz maraqlara xidmət edir;
- Sistem kiçik, qapalı elit qrupun əlində cəmləşir;
- Dövlət tenderləri əsasən rejimə yaxın şirkətlərə verilir;
- Oliqarxlar qanuni siyasi gücə və qeyri-qanuni sərvətə sahibdirlər.
Madiyara görə, bu sistem klanlardan fərqli olaraq, qanuni zənginlik imkanları olmadığından sərvət gizlədilir və müvafiq mexanizmlər icad edilir (Мадьяр 2016b).
Mafioz dövlətin əsas prinsipləri:
- Hakim elitanın maraqlarına uyğun iqtisadi və hüquqi mexanizmlərin formalaşdırılması;
- İdeologiyanın rejimin ehtiyaclarına uyğun dəyişkən şəkildə modelləşdirilməsi;
- İdeoloji vahidlik deyil, siyasi uyğunluq əsas sayılır.
Nəticə olaraq, Macarıstandakı siyasi rejim müasir avtoritarizmin kompleks və hibrid bir nümunəsidir. Orada klassik demokratiya institutlarının formal varlığı saxlanılsa da, onların funksionallığı və məzmunu tamamilə transformasiyaya uğramışdır. Bu rejim həm seçkilərin keçirildiyi hibrid sistem, həm şəxsi hakimiyyətə əsaslanan avtokratiya, həm iqtisadi rıçaqlara nəzarət edən klan kapitalizmi, həm də mafioz idarəetmə mexanizmlərinin sintezindən ibarətdir.
Viktor Orbanın və Macarıstanın demokratiyadan geri dönüşü
Ötən əsrin sonlarında Macarıstanın Avropa inteqrasiyası arzusu ilə başlanan siyasi yolçuluğu Viktor Orbanın liderliyi dövründə radikal istiqamət dəyişikliyinə uğradı. Onun ultraliberaldan avroskeptikə çevrilməsi ilk baxışda siyasi kontekstə reaksiya kimi görünə bilər. Lakin ölkənin yaxın tarixi bu dönüşün daha çox şəxsi və məqsədli strategiyadan qaynaqlandığını göstərir.
Macar xalqının Rusiya ilə bağlı tarixi travmaları Orbanın antirusiya mövqeyinə təsir etmişdi, 1980-ci illərdə o, “rus imperiyası”na qarşı çıxaraq sovet qoşunların çıxarılmasını tələb edirdi (BBC 2015a). 1988-ci ildə azadlıq və demokratiya şüarları ilə çıxış edən Gənc Demokratlar Alyansının (“Fidesz”in) qurucusu olaraq liberal aktivist idi, “Fidesz” Qərb modelinə keçidi və iqtisadi liberallaşmanı dəstəkləyirdi (BBC 2015b). Lakin 1993-cü ildən sonra Orban partiyanı sağa yönəldərək mühafizəkar ritorikaya keçdi, onun avtoritar meylləri əvvəlcə partiya daxilində struktur dəyişikliklərində özünü göstərdi (Paul Hockenous 2024a).
1998-ci ildə “Fidesz”in başçısı kimi baş nazir oldu. Hökumətin əsas dayağı imkanlı təbəqələr idi, kasıb təqaüdçülər və kəndlilər diqqətdən kənarda qaldı. Bu səbəbdən 2002-ci ilin seçkilərində məğlub oldu (Paul Hockenous 2024b). Bu uğursuzluq Orbanı populist dönüşə sövq etdi. “Fidesz” mühafizəkar partiyadan millətə xitab edən vasitəyə çevrildi və partiya daxili tənqidlərdən təmizləndi (Paul Hockenous 2024c).
2000-ci illərdə sol-liberal hökumətin səmərəsizliyi və iqtisadi böhranlar Orbanın dönüşünü hazırladı (Yglesias 2014a). Dünya Bankı, BVF və AB-nin “şok terapiya” siyasəti dərin bərabərsizliklərə səbəb oldu (Yglesias 2014b). 2006-cı il seçkilərində baş nazirin yalan danışmasını etiraf etməsi isə hökumətə olan etimadı daha da sarsıtdı (Hungary PM 2006a). Demokratiya və liberal bazar iqtisadiyyatı cəmiyyətin gözündən düşdü (Hungary PM 2006b). Belə bir şəraitdə Orbanın “güclü lider” imici daha da cazibədar göründü.
2010-cu ildə Orbanın seçkilərdə konstitusion çoxluqla hakimiyyətə qayıdışı ilə demokratiyadan avtoritarizmə keçid başladı. Yeni konstitusiyanın qəbulu, seçki sisteminin dəyişdirilməsi və əsas siyasi institutlara sadiq kadrların yerləşdirilməsi ilə sistem “Fidesz”in nəzarətinə keçdi (Peter Kreko, and Enyeldi Zsolt 2018b). Media dövlət nəzarətinə tabe edildi, siyasi opponentlər “millətin düşmənləri” kimi təqdim olundu.
Bu dövrdə:
- mətbuat azadlığı məhdudlaşdırıldı;
- seçki qanunları dəyişdirildi;
- müxalifət marginallaşdırıldı;
- siyasi diskurs qütbləşdirildi;
- nəzarət-tarazlıq sistemi dağıdıldı;
- vətəndaş cəmiyyətinə nəzarət artırıldı.
2018-ci il seçkiləri Orban üçün kritik idi. Parlament spikeri Lasli Kever deyirdi: “Əgər dörd il də idarə edə bilsək, dəyişikliklərimiz geridönməz olacaq” (Peter Kreko, and Enyeldi Zsolt 2018). Qələbə sosial yardım və miqrasiya qorxusu kimi populist taktikalarla təmin edildi. Orban liberal elitalara qarşı sərt ritorikadan istifadə edərək milli kimlik və ənənəvi dəyərləri vurğuladı.
“Fidesz” liberalizmdən etatizmə, mərkəzçilikdən sağ mərkəzçiliyə keçid edən çevik siyasi qüvvəyə çevrildi. Din isə həm ideoloji legitimlik, həm də sosial təbəqələr üzərində təsir aləti kimi çıxış etdi (Коваленко, Анна. 2007).
Qərbdən uzaqlaşma və millətçi ritorika Orbanın siyasətini gücləndirdi. Avropa İttifaqının üzvü olan və bazar iqtisadiyyatından faydalanan Macarıstanın bu cür radikal dönüşü Orbanın cəmiyyətdəki ovqatı düzgün oxuya bilməsi ilə izah edilir. 1989-a qədər demokratik ənənələrin zəifliyi və 1956-cı il qiyamının yatırılmasından sonra cəmiyyətin itaətkarlaşması bu siyasətin zəminini yaratdı (András Bozóki, and Zoltán Fleck 2024).
Qeyri-effektiv idarəetmə və demokratik institutlara inamsızlıq liberal demokratiyaya olan ümumi məyusluğun əsasını qoydu. Bu dalğa yalnız Macarıstanla məhdudlaşmadı. Çexiyada, Serbiyada, Slovakiyada da oxşar populist və avtoritar tendensiyalar müşahidə olunur. Lakin Orbanın istifadə etdiyi vasitələr repressiv deyil, manipulyativ və dolayı xarakter daşıyır.
Onun etnomillətçilik və hegemonluq ritorikası liberal demokratiyanın hüquq əsaslarına meydan oxuyur (Maastricht University 2023). Bu, qloballaşma böhranı və 2008-ci ilin iqtisadi çöküşündən doğan yeni, avtoritar yönlü paradiqmanın bir hissəsidir. Viktor Orbanın siyasəti yalnız Macarıstan üçün deyil, Avropa üçün də liberalizmin gələcəyinə real təhlükə yaradır.
Qanunlar sistem üçün yenidən yazıldı
Vətəndaşdan aldığı mandatdan istifadə edən Viktor Orban 2010-cu ildə məhkəmə sistemini dəyişmək, Macarıstanın hüquq məcəlləsini yenidən yazmaq və yeni konstitusiya elan etmək qərarına gəldi. Yeni qanunlar yeni partiyaların parlamentdə yer qazanmasını çətinləşdirdi, lakin “Fidesz” kimi iri partiyanın daha az səslə qanunverici çoxluğu qazanmaq imkanlarını asanlaşdırdı. Yenidən yazılmış hüquq məcəlləsi, “Fidesz”in klan əsaslı idarəetməsini qanuniləşdirdi və partiyanın daha çox hakimiyyəti ələ keçirməsinə, daxili nəzarət mexanizmlərindən yayınmasına şərait yaratdı (Bánkuti, Halmai və Scheppele, 2012).
Baş nazirin ilkin siyasi qərarlarının çoxu bu məqsədə xidmət edirdi. Hakimlərlə bağlı qəbul edilən qanunlardan biri hakimlərin pensiya yaşının 70-dən 62-yə endirilməsini nəzərdə tuturdu və bu da yüzlərlə vakansiya yeri yaratdı ki, nəticədə “Fides”ə həmin yerləri öz müttəfiqləri ilə doldurmağa imkan verdi (Zack Beauchamp 2024a). Bunun ardından baş nazirin “dostları” kimi tanınan yeni təyin edilmiş hakimlərin hökumətin əsas işləri ilə bağlı gələcək qərarlarını sığortalamaq məqsədilə Konstitusiya Məhkəməsinin yurisdiksiyası genişləndirildi və ona qanunvericiliyi yenidən nəzərdən keçirmək tapşırığı verildi (Zack Beauchamp 2024b).
2018-ci ildə seçki hüququ və korrupsiya kimi “administrativ” problemləri nəzarətdə saxlamaq üçün məhkəmə sisteminin tamamilə yenidən formalaşması prosesi davam etdirildi və bu hakimlər də “Fidesz”ə yaxın adamlar idilər (Zack Beauchamp 2024c). Parlamentdə üçdə iki çoxluqla məhkəmələrə nəzarət mexanizminin kombinasiyası “Fidesz” hökumətinə öz iradəsini bütün Macarıstan cəmiyyətinə tətbiq etməyə imkan verdi, sistematik olaraq siyasi hakimiyyətə təhlükə yarada biləcək institutlar nəzarətə götürüldü (Zack Beauchamp 2024d).
Media
2010-cu il seçkilərindən sonra parlament hökumətin təşəbbüsü ilə media haqda yeni qanun qəbul etdi. Guya əxlaq normalarını pozmasına və hadisələrin balanssız işıqlandırılmasına görə media qurumlarına böyük məbləğdə cərimələr nəzərdə tutan qanunun icrası üçün hökumət hakim partiyanın nümayəndələrindən ibarət KİV-ə Nəzarət Komissiyası yaratdı (Marius Dragomir 2017a) və ona ölkədəki bütün KİV-lərin fəaliyyətini tənzimləyən və nəzarət altında saxlayan səlahiyyətlər verildi. “Fidesz”in nəzarətində olan yeni qurum çoxlu sayda müstəqil jurnalisti işdən çıxardı və medianı mahiyyət etibarilə təbliğat alətinə çevirdi.
Azad mətbuatı ram etmək üçün daha təsirli vasitələrdən biri sadə bazar təzyiqidir, Macarıstan hökuməti ictimai xidmət və bu qəbildən olan elanlar üçün KİV-lərdən reklam sahəsi aldı və medianı bu gəlirdən asılı vəziyyətə saldı (David 2018a). Hökumət KİV-lərin maliyyələşməsinə siyasi yanaşdı, hakimiyyətə yaxın olan media qurumlarına reklam təklifləri çoxaldıqca, tənqidçi media müflisləşmə həddinə çatdırıldı, sonda isə ya dövlətə və ya da ona yaxın biznes sahiblərinə satılmaq seçimi ilə üz-üzə qoyuldu (David 2018b). 2010-cu ildə qəbul edilmiş Media qanunu, digər tərəfdən isə bazarın təzyiqi nəticəsində 2017-ci ilə qədər Macarıstanda medianın təxminən 90 faizi birbaşa və ya dolayı yolla hökumətin nəzarətinə keçdi və bu rəqəm artmaqda davam edir (Marius Dragomir 2017b). 2018-ci ildə bir günün içində 500-ə yaxın media orqanı “Fidesz”ə aid Mərkəzi Avropa Mətbuat və Media Fondu adlı yeni “qeyri-kommersiya” təşkilatında birləşdi və bu, bir gecədə Avropanın ən böyük media konqlomeratına çevrildi (David Frum 2018c). 2020-ci ildə ölkənin ən böyük müstəqil mətbu orqanı – “İndeks” “Fidesz”ə yaxın biznesə satıldı. 2011-ci ildə “Fidesz”in hakimiyyətə qayıdışının birinci ilində reklam gəlirlərinin 90 faizinin itirilməsinə baxmayaraq fəaliyyətini davam etdirə bilən “Klubrádio” radiostansiyası Media Şurası tərəfindən efir yayımından uzaqlaşdırıldı. “Klubrádio” indi yalnız onlayn yayımlanır, hökumət onun əvvəlki tezliyini “Fidesz”ə yaxın mediaya verdi (Zack Beauchamp 2024e). Macarıstanda azad çap mediası mövcuddur, lakin onun oxucu kütləsi əhalinin 4%-ni əhatə edir və cəmiyyətə təsir gücü minimum səviyyədədir. Sosial şəbəkələr inlküzivliyini qoruyub saxlayıblar, baxmayaraq ki, onların da azadlıqlarının məhdudlaşdırılması cəhdləri var (Пал Дуней 2021).
İdarə olunan seçki sistemi
Viktor Orban hökumətinin ilk addımlarından biri də qanunvericiliyə dəyişikliklə seçki sisteminin yenidən təşkili oldu. Əsas yenilik parlament nümayəndələrinin yarıdan çoxunun birmandatlı seçki dairələri üzrə seçilməsi idi. Qalan yerlər isə proporsional qayda üzrə seçilir. Bundan başqa seçki dairələrinin coğrafiyası yenidən müəyyən edildi. Dairələrin yenidən yaradılması prosesində hökumətin onların ölçüsünü təxminən 60.000-dən 90.000 nəfərə qədər dəyişməyə imkan verən qaydadan sui-istifadə etdiyi üzə çıxdı (Paul Krugman 2014). Yeni xəritələrdə müxalifyönlü seçicilər bölünərək bir neçə böyük dairələrə “yerləşdirildi”, “Fidesz”in tərəfdarları isə kiçik dairələrə səpələndi. Yeni mexanizm “Fidesz”ə seçicilərin böyük əksəriyyətinin səsini qazandırmırdı, lakin yenə də parlamentdə üçdə iki səs çoxluğunu əldə etməyə imkan verirdi. Bu sistem 2014 və 2018-ci illər parlament seçkilərində “Fidesz”in parlament çoxluğu qazanmasını təmin etdi.
Dairələrin yenidən bölgüsü digər seçki dəyişiklikləri ilə müşayiət olundu. Ümumilikdə yenilənmiş qanunlar müxalifət partiyalarının seçkilərdə qələbəsi üçün fövqəladə maneələr yaratdı. Əgər köhnə sistem qalib namizədin 50 faizdən az səs topladığı istənilən dairədə ikinci turun keçirilməsi lazım idisə, yeni sistem ikinci turu aradan qaldıraraq sadə səs çoxluğu ilə qalib gəlməyə şərait yaratdı. Buna paralel olaraq, hökumət milli partiyaların ən azı 27 birmandatlı seçki dairəsində rəqabət aparmasını tələb edən daha bir yeni qayda yaratdı (Zack Beauchamp 2024f). Halbuki kiçik partiyaların vahid blokda birləşməsini çətinləşdirən başqa bir qanun qəbul edilmişdi (Wilkin 2018c). Nəticədə, müxtəlif müxalifət partiyaları bir çox dairələrdə faktiki olaraq antifidesz səslərini bölmək məcburiyyətində qaldılar və bu, baş nazirin namizədlərinə nisbətən kiçik səs çoxluğu ilə qalib gəlməsinə imkan yaratmış oldu (Wilkin 2018d). “Fidesz”in seçki qanunvericiliyinə gətirdiyi bu incəliklər çaşdırıcı olsa da, nəticə etibarilə azad seçkilərdə hakim partiyanın qələbəsini sığortalamağa xidmət edirdi (Wilkin 2018e).
“Fidesz”in hakimiyyəti əlində saxlamasını sığortalayan başqa bir məqam ondan ibarətdir ki, yeni qanunların qəbulunda hakim partiya texniki fəndlərdən istifadə etmişdi - qanunvericiliyə edilən müəyyən dəyişikliklər bəzən əlaqəli olmayan digər sahələr üzrə yeni qanunlarda gizlədilib (Zack Beauchamp 2024g). Məsələn, seçki qanunvericiliyinə edilən dəyişiklik terrorizmlə mübarizə qanunlarında qurtara bilər. Bu strategiya "avtokratik leqalizm" adlandırılır, çünki demokratik təcrübələrin avtoritar olanlarla əvəz edilməsi üçün hüquqi, şəffaf prosedurla həyata keçirilir (Zack Beauchamp 2024h). Həm də buna görə beynəlxalq təşkilatların dəyərləndirməsində Macarıstanda keçirilən seçkilər azad, lakin ədalətsiz adlandırılır (News European Parlament 2022).
Qanunların və qaydaların bu şəkildə dəyişdirilməsi hakimiyyətdə olan siyasi qüvvənin xeyrinə seçkilərin saxtalaşdırılmasını lüzumsuz edir, çünki seçki sisteminə gətirilən yeniliklər müxalifətin qələbəsini funksional olaraq mümkünsüzləşdirir. Sistemin dayanıqlığının ən böyük sübutu 2022-ci ildə Macarıstanın əsas müxalifət partiyalarının vahid siyahıda birləşmək üçün çoxsaylı maneələri dəf etməsinə baxmayaraq yenə də parlamentdə çoxluğu qazana bilməməsi oldu (Korkut 2022a). Bu partiyalar hər bir dairədə namizədləri diqqətlə seçdilər, kənd yerlərində daha mühafizəkarları, Budapeştdə isə “Fidezs”lə ən yaxşı rəqabət apara biləcək solçuları irəli sürdülər (Korkut 2022b). Strategiya müxalifət namizədləri arasında səsləri bölüşdürməyə məcbur edən sistemdən yan keçməklə macar xalqına ikili seçim fürsətini verməkdən ibarət idi: “Fidesz” və ya istənilən başqa bir nəfər (Korkut 2022c). Lakin maliyyə sıxıntıları ilə üzləşən, medianın dövlət nəzarəti altında olması səbəbilə mesajını cəmiyyətə çatdıra bilməyən müxalifət son seçkiləri də uduzdu (Magyar, and Maldovics 2022). “Fidesz”, Budapeştdən kənarda yerlərin 98 faizini birmandatlı seçki dairələrindəki qələbələr sayəsində qazanaraq parlamentdə yenidən üçdə iki səs çoxluğunu əldə etdi (Korkut 2022d).
“Vəziyyət o qədər pisləşib ki, Macarıstan artıq “seçki avtokratiyasına” çevrilib. Avropa Birliyinin qətiyyətli addımlarının olmaması “seçki avtokratiyasının hibrid rejiminin”, yəni seçkilərin keçirildiyi, lakin demokratik norma və standartlara hörmətin olmadığı konstitusiya sisteminin yaranmasına kömək edib” (News European Parlament 2022b).
Müxalifət və vətəndaş cəmiyyəti
2010-cu ilin aprel seçkilərindən əvvəl keçirilən sorğuların nəticələrindən məlum oldu ki, macarlar demokratiyadan məyusluğun və inamsızlığın səviyyəsinə görə qonşu xalqlardan seçilirlər (Richard Wike 2010a). Viktor Orban narazılığı nəzərə alaraq daha çox ədalət və demokratiya, eyni zamanda da dövlət institutlarını kommunist elitadan təmizləməyi vəd etdi. O zaman bir çox macarın nəzərində “Fidesz” və onun lideri Rusiyada Yeltsinin xaotik dövründən sonra təhlükəsizlik və sabitliyi təmin edən Vladimir Putin kimi görünürdü (Wike 2010b).
Hökumət bir yandan müxalifəti keçmiş korrupsiya qalmaqalları ilə təqib edir, digər tərəfdən isə böyük məbləğdə cərimələrlə üz-üzə qoyur (Kreko, and Enyeldi 2018c). Hüquq-mühafizə orqanları vaxtaşırı olaraq müxalifət nümayəndələri ilə bağlı araşdırmalara başlayır, dindirmələr aparır və bunu elə edir ki, ictimaiyyət bu barədə maksimum dərəcədə məlumatlandırılsın (Kreko, and Enyeldi 2018d). Heç bir tanınmış müxalifin korrupsiya ittihamı ilə həbs olunmamasına baxmayaraq, cəmiyyət bu ittihamları artıq siyasi oyunun adi bir hissəsi kimi qəbul edir.
Macarıstan ictimai-siyasi həyatının analizi göstərir ki, administrativ basqılar və məhdudiyyətlər nəticə etibarilə müxalifətə güvənsizliyi formalaşdıra bilib. Digər tərəfdən hakimiyyətin media məkanına nəzarət etməsi onun manipulyasiya imkanlarını genişləndirir və asanlaşdırır, bu da öz növbəsində müxalifətin həm klütləvi auditoriyaya çatımlılığında, həm də etimad kreditinin qazana bilməsində çətinlik yaradır. Məsələn, 2022-ci ilin seçkilərində koalisiya şəklində iştirak edən müxalifət Ukraynadakı müharibə, monopoliya və inflyasiya kimi məsələlərdə şəxsən baş nazirə yönəlik kampaniya apardı və bütün bunlar seçiciləri uzun müddətdir hakimiyyətdə olan siyasi qüvvənin ifrat davamlılığından qurtulmağa çəkindirmək üçün də kifayət idi (Korkut 2022e). Lakin son nəticədə müxalifət seçiciləri bu problemləri həll etmək üçün əlverişli alternativ olacağına inandırmaqda uğursuz oldu (Korkut 2022f). Müxalifətin qaldırdığı problemlərin həssaslığını açıq şəkildə hiss edən Viktor Orban seçki kampaniyasını qeyri-müəyyənlik dövründə sabitlik vədləri və millətin qorunmasına yönəlik manipulyativ tezislər üzərində qurdu (Korkut 2022g).
Macarıstanın enerji və ticarət sahəsində Rusiyadan asılılığı üzündən Ukraynadakı müharibə Orbanı çətin vəziyyətə salıb. Macarıstan baş naziri Rusiya prezidenti Vladimir Putini əksər Avropa liderləri kimi nəinki qınamayıb, ona yönəlik reveranslar etməkdədir. Viktor Orbanın bununla bağlı tənqidlərə cavabı belə olub ki, müxalifət partiyalarının hakimiyyətə gələcəyi təqdirdə Rusiya qazı kəsiləcək və bu da Macarıstan iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq (Реньи 2022).
Müxalifətin cəmiyyətə daha da liberallaşmaqdan başqa təklif edəcəyi heç nə yoxdur. Müxalifət partiyaları (ultra sağçı “Jobbik” istisna olmaqla) Macarıstanı “daha çox avropalılaşdıracağına” söz verirlər, lakin “Fidesz”ə səs verənlərin nəzərində son on ildə Avropaya yaxınlaşmaq cəhdləri fəlakətli nəticələrə gətirib çıxarıb – sosial dövlət yoxa çıxıb, iş yerləri təhlükə altındadır və insanlar gələcəkdə necə sağ qalacaqlarına əmin deyillər və bu cür düşünən macarlar üçün “Fidesz”ə səs vermək tamamilə məntiqlidir (Kreko, and Enyeldi 2018e).
Gəlirlərin qeyri-bərabərliyinə baxmayaraq, Viktor Orbanın kasıb təbəqə arasında populyarlığı yüksəkdir. Orban onların milli kimliklə bağlı narahatlıqlarından istifadə edərək manipulyativ manevrlərə üstünlük verir (Kreko, and Enyeldi 2018f). Hökumət çoxlu sayda kasıblar üçün ictimai işlərlə bağlı layihələr əsasında məşğulluq proqramları açıb, bu ailələrin uşaqları isə məktəblərdə və uşaq bağçalarında pulsuz isti yeməklə təmin olunurlar. (Kreko, and Enyeldi 2018g). “Fidesz”in sabit elektoratı olan bu insanlar hökumət dəyişikliyinin onları dövlətin himayəsindən məhrum edə biləcəyindən narahatdılar, bir çox vətəndaş, xüsusən də kiçik şəhərlərdə yaşayanlar narahatdılar ki, əgər müxalifətə səs versələr, bu aşkara çıxar və nəticədə onlar işlərini və dövlətdən aldıqları subsidiyaları itirə bilərlər (Kreko, and Enyeldi 2018h). Başqa bir narahtlıq da ondan ibarətdir ki, əgər ölkəyə qaçqın axını baş verərsə, hökumət vətəndaşlara verdiyi dəstəyi miqrantlarla bölüşməli olacaq (Soguel 2020a).
Seçkilərin nəticələri və seçicilərin davranışları göstərir ki, vətəndaş artan inflyasiya, enerji qiymətləri və ümumi yaşayış səviyyəsinə reaksiya verməkdənsə, yeni kimisə sınamaqdansa, tanıdığı lideri dəstəkləməyə üstünlük verir, qərbyönümlü, liberal və Avropayönümlü ritorikanı qəbul etmirlər. Həm şimal-şərqdəki ən yoxsul bölgələr, həm də Macarıstanın qərbindəki ən zəngin bölgələr son seçkilərdə Viktor Orbana əhəmiyyətli dəstək veriblər. Müxalifətsə əvvəlki kimi Budapeştlə məhdudlaşır. Son seçkilərin nəticələri həm də onu göstərdi ki, hətta Avropada belə “qeyri-liberal demokratiyanın” mövcudluğu mümkündür.
Avtoritarizmin özünə təhlükə hesab etdiyi digər institut isə demokratiyanın əsas sütunlarından biri sayılan qeyri-hökumət təşkilatlarıdır. Macarıstanda qeyri-hökumət təşkilatlarının sıradan çıxarılması onların “xain” obrazının yaradılması üzərindən aparılır. Baş nazir və digər hakim elita nümayəndələri QHT-ləri xarici dövlətlərin maraqlarına uyğun hərəkət etməkdə və bu məqsədlərin həyata keçirilməsi üçün xaricdən maliyyələşmədə ittiham edirlər (Soguel 2020b). 2023-cü ildə Macarıstan parlamentinin “xarici təsirləri” məhdudlaşdırmaq məqsədi ilə qəbul etdiyi tədbirlər paketi həm QHT-ləri, həm də siyasi partiyaları əhatə edir. 2017-ci ildə isə Viktor Orban “Rusiya qanununu” kimi tanınan “xarici agentlər” haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi, lakin Avropa Birliyinin təzyiqi ilə 2021-ci ildə qanun layihəsi aradan qaldırıldı (Гослинг 2025).
Bütün bunlara paralel şəkildə işçilərin hüquqlarını müdafiə edən həmkarlar ittifaqları ilə bağlı sərt qaydalar gətirildi və faktiki olaraq onların tətil etmək hüququ məhdudlaşdırdı (Comelli, and Horvath 2018a). Hökumət həmkarlar ittifaqlarını nüfuzdan salmaq üçün onun bəzi liderlərinə qarşı kampaniyalar həyata keçirdi (Comelli, and Horvath 2018b).
Korrupsiya Macarıstanın yeni sistemində əsas alət rolunda
Korrupsiya Macarıstanda kommunist rejimindən geniş yayılıb. 1990-cı illərdə Mərkəzi Avropada kommunist rejiminə qarşı nifrətin əsas səbəblərindən biri kimi korrupsiyanın həyatın bütün sahələrinə nüfuz etməsi göstərilirdi. Buna baxmayaraq, macarların əksəriyyəti hələ də rüşvətə qarşıdır, çünki sadə insanlar korrupsiyadan mənfəət görmürlər (Jancsics 2024a).
2010-cu ildən etibarən “Fidesz” irimiqyaslı korrupsiya sxemlərinin əsaslı transformasiyasına başladı. Bu sxemlər siyasi elitanın yüksək təbəqəsi tərəfindən idarə olunan mürəkkəb şəbəkələr şəklində formalaşdı. Orbanın yaxın çevrəsi təkcə siyasi institutlara deyil, həm də iqtisadiyyata nəzarət edir və “davamlı olaraq külli miqdarda dövlət resurslarına sahibləniblər” (Jancsics 2024b). Onlar qazancını gizlətmək üçün qurama şirkətlərdən istifadə edir, korrupsiyanı leqallaşdıran qanunlar qəbul ediblər. Məsələn, ölkənin 2,5 milyard dollarlıq tütün sənayesi 2012-ci ildə dövlət inhisarına alındı (NOERR 2024). “Azyaşlıların siqaret çəkməsinin qarşısını almaq” bəhanəsi ilə qurulan Milli Tütün Qeyri-kommersiya Ticarət Şirkəti lisenziyaları hökumətə yaxın şəbəkələrə payladı. 500-dən çox qurama şirkətlərlə idarə olunan bu sxemin mərkəzində Orbanın doğma şəhərinin keçmiş meri Lorinc Meszaros dayanır. O, Macarıstanın ən zəngin şəxslərindən biridir (Statista 2024).
Bu sxemlər “Fidesz”in aşağı təbəqə üzvlərinə də mənfəət gətirir. "Qanunvericilər tütün bazarının yenidən strukturlaşdırılmasını bir neçə oliqarxa fayda verməklə yanaşı, partiyanın “kliyentlərini” da mükafatlandırmaq üçün istifadə ediblər" (Jancsics 2024c).
Orbanın hakimiyyətini möhkəmləndirən amillərdən biri də Avropa Birliyinin 2014-2020-ci illər arasında Macarıstana verdiyi təxminən 34 milyard dollarlıq maliyyə yardımı oldu (Scheffer 2024). Bu vəsait oliqarx sinfinin formalaşmasında istifadə edildi; onların gəlirlərinin 90 faizi dövlət satınalma tenderlərindən gəlirdi və qiymətlər 1,7-10 dəfə şişirdilirdi (Corruption Research Centre Budapest 2019). Lorinc Meszaros kimi şəxslər dövlət müqavilələri vasitəsilə varlandı. Müxalifət hesab edir ki, onun sərvəti əslində Orbanın mülkiyyətidir. Orbanın atası və kürəkəni də dövlət müqavilələrindən faydalanır (Magyar və Madlovics 2019).
Macarıstan Avropa Birliyinin qaydalarını pozsa da, yardımlar ölkəyə daxil olaraq avtoritar klan kapitalizminin bərqərar olmasına xidmət etdi. Orbanın yaxınları bu vəsaitlə şəxsi bizneslərini inkişaf etdirdi (Дуней 2021b). Viktor Orbanın kürəkəninin mövcud standartları kobud şəkildə pozaraq sərmayə yatırması nəticəsində 40 milyon avro maliyyə itkisi yarananda hökumət bu problemi Avropa İttifaqına böyük məbləğdə cərimə ödəməklə həll etmişdi. Xəstəxanalar bərbad vəziyyətdə ikən, subsidiyalar hökumətə yaxın şəxslərin maraqları üçün futbol stadionlarının tikintisinə yönəldildi (Kenneth Roth 2021). Bu klan kapitalizmi dövlət büdcəsindən cərimələr ödəməklə maliyyələşdirilirdi, Avropa vəsaiti isə yeni iqtisadi elitaya xidmət edirdi.
Büdcə vəsaitlərinin avtoritar rejimlər tərəfindən öz problemlərinin həllinə yönəldilməsi ümumi davranış modelidir və bu, uzun müddətdə demokratik prinsiplərin ciddi pozulmasına səbəb olur.
İqtisadiyyat
1990-cı illərdə ölkədə rəqabət qabiliyyətini artırmaq və artan xarici borcları azaltmaq üçün dövlət əmlakı özəlləşdirildi, bu da kapitalizmi “təlqin etmək” və xarici sərmayələri cəlb etmək vasitəsi oldu. Macarıstan sürətlə liberallaşdı və bir çox “köhnə” kapitalist ölkələrdən daha açıq iqtisadiyyat qurdu. Xarici şirkətlər — Avstriya, Almaniya, İtaliya kimi dövlətlərin nümayəndələri — ən böyük banklar, supermarketlər, İT və mobil operatorlara sahib oldular. İstehsal sektorunda “Audi”, “General Electric”, “Mercedes Benz” və “Bosch” kimi şirkətlər üstünlük qazandı. Bu, Macarıstanı neoliberal müstəmləkəyə çevirdi.
Bir çoxları üçün Macarıstan kapitalizmin uğur hekayəsidir: plan iqtisadiyyatlı diktaturadan bazar kapitalizmli demokratiyaya keçid oldu. Hökumətlər korporativ gəlir vergisini 9 faizə endirdi. Siyasətçilər kiçik biznesi tərifləsə də, iqtisadiyyat xarici korporativ nəhənglər tərəfindən idarə olunurdu. Büdcə gəlirlərinin əsas hissəsini istehlak vergiləri təmin edir, iqtisadiyyat isə ixraca yönəlib. Bu, maaşların aşağı düşməsinə və vergidən yayınma hallarının artmasına səbəb oldu. Dövlət sektorları, xüsusən səhiyyə və təhsil, maliyyə problemləri ilə üzləşdi.
Macarlar iqtisadi həyatda faktiki nəzarətə malik deyildilər; onlar əsasən əməklərini satmaqla yaşayırdılar. Ölkənin təxminən 20 faizinin yaşadığı, lakin ÜDM-nin 40 faizinin istehsal olunduğu paytaxtdan kənar yerlərdə əmək haqqı həm Avropa, həm də ölkə üzrə orta səviyyədən aşağı idi. Əyalətlərdə xidmətlərə və sosial təminata çıxış daha məhdud idi (Дуней 2021c).
2008-ci il qlobal iqtisadi böhranı Macarıstana təsirsiz ötüşmədi və problemlər daha da dərinləşdi.
Sağçı lider Viktor Orban ölkənin “xəstəliyinə” düzgün diaqnoz qoydu: liberallaşma bir çox vətəndaşın ümidini doğrultmadı. O, “Qərb maliyyə böhranı”na qarşı qeyri-ənənəvi iqtisadi siyasət tətbiq etdi və “qeyri-liberal cəmiyyət” modelini irəli sürdü. 2010-cu ildə xarici banklar və qərb şirkətlərinə yüksək vergi dərəcələri tətbiq olundu. Orban korrupsiya ittihamlarına cavab olaraq “milli kapitalist sinfi” yaratmaq, daxili investisiyaları təşviq etmək və yerli iqtisadiyyatı gücləndirmək istədiyini bildirdi (Comelli, and Horvath 2018c). Kommunal xidmətlər və bank sektorunun bir hissəsi milliləşdirildi, yeni vergilər tətbiq olundu.
Bu tədbirlər bəzən qeyri-effektiv görünsə də, 1990-cı illərin şok terapiyasının vurduğu yaraları sağaltmaq cəhdi kimi qiymətləndirildi.
Dövlət və özəl sektor arasındakı sərhədlər bulanıqlaşdı. Orban zorakılıq etmədən, amma korrupsiyanı siyasi vasitə kimi istifadə edərək iqtisadi və siyasi hakimiyyəti gücləndirdi. Bu tədbirlər demokratik siyasi normaları zəiflətdi. Dövlət iqtisadiyyatda daha fəal rol aldı. Orban xarici iştirakı məhdudlaşdırmaq, etnik millətçiliyi təşviq etmək və ölkənin suverenliyini önə çəkmək siyasəti yürüdürdü.
Etnik millətçilik korrupsiya və avtokratik təcrübələrlə də olsa yeni macar iqtisadi elitasının formalaşmasına haqq qazandırırdı. “Orbanın “iqtisadi patriotizmi” klan kapitalizmi xarakteri daşıyır; “dostlarının” sərvətini ofşora köçürməyəcəyi və ölkədə saxlayacağına dair sübut yoxdur. O, təcrid olunmuş təbəqəyə emosional müraciət bacarığına malikdir” (Comelli, and Horvath 2018d).
Son 15 ildə təxminən 700 min macar işləmək üçün ölkə xaricinə getdi. Xaricdən gələn pul köçürmələri ÜDM-nin 3,4 faizini təşkil edir, bəzi illərdə isə 10 faizini (Дуней 2021d). Bu, ölkənin iqtisadi inkişafına mühüm dəstəkdir.
Orban həm də Avropa İttifaqından gələn maliyyə yardımlarından faydalanıb. 2004-cü ildən sonra Macarıstanda sabit iqtisadi artım qeydə alındı. 2017-ci ilə qədər “Fidesz” illik 4% artım, sabit büdcə, aşağı borc və işsizliyi təmin etdi (Peter Kreko, Enyeldi Zsolt 2018i).
Lakin Orbanın iqtisadi siyasətinin mənfi nəticələri:
- özəl pensiya fondlarının milliləşdirilməsi;
- yoxsulların sosial təminat xərclərinin azalması;
- elmi tədqiqat və təhsil büdcəsinin tükənməsi;
- bank və xidmət sektorlarında yeni vergilər vasitəsilə xarici sərmayənin əngəllənməsi
ilə ortaya çıxdı.
Manipulyasiya
Sağçı partiyanın lideri kimi hakimiyyətə gələn Viktor Orban bəyan etdi ki, onun siyasəti Avropa avtoritarizminə və bürokratiyasına qarşı çağırış və “seçkili milli inqilab”dır (Еремина 2016). Baş nazir macar millətinə önəm verərək bütün etnik macarların vətəndaşlıq almasını asanlaşdırdı, bu isə yarım milyondan çox yeni seçici demək idi. Yeni Konstitusiyanın preambulası “Millətə İnam Bəyannaməsi” adlandırıldı və ölkənin adı Macarıstan Respublikasından Macarıstana dəyişdirildi.
Qaçqınlar və miqrasiya problemi Orbanın çıxışlarının əsas mövzusu oldu, iqtisadi məsələlər isə diqqətdən kənar qaldı. O, Brüsselin və Corc Sorosun Avropanı müsəlman miqrantlarla doldurmaq planı qurduğunu iddia edərək, “Fidesz”in məğlub olmasının macar xristianlığının sonu olacağını bildirdi (Soguel 2020b). Bu kampaniya 2018 seçkilərində böyük uğur qazandı, halbuki qaçqın böhranından əvvəl “Fidesz”in populyarlığı azalmaqda idi.
2017-ci ilin Vətəndaş Cəmiyyəti Aktında yazılırdı ki, qaçqınlar və miqrantlar dalğası Sorosun maliyyələşdirdiyi Macarıstan QHT-ləri tərəfindən dəstəklənir. Buna görə QHT-lər “xaricdən maliyyələşən” adlandırılıb cəzalandırıldı, “Stop Soros” qanunu isə qeyri-qanuni miqrasiyanı dəstəkləyən təşkilatlardan gəlirlərinin 25 faizini miqrasiya vergisi kimi tələb etdi (The Guardian 2018).
Təbliğat millətçilik, xristian və patriarxal dəyərlər üzərində qurulur. Antiqərb diskursu Qərbi Avropanı miqrantlarla dolu, qanunun aliliyinin çökdüyü və söz azadlığının məhdud olduğu yer kimi təqdim edir.
Müxalifət nümayəndələri dövlət mediasına çıxışdan məhrumdur. Budapeşt və iri şəhərlərdə tənqidi onlayn media mövcuddur, amma əyalətdə əhali daha çox dövlət mediasına baxır. Dövlət mediası qaçqınlar, Soros və Brüsselin yaratdığı təhlükələri işıqlandırır və hökumətin tədbirlərini vurğulayır. “Fidesz”in mediaya nəzarəti miqrasiya və terrorla bağlı yalan məlumatların yayılmasını artırır. Kənd və aztəminatlı şəhər əhalisinin “Fidesz”i dəstəkləməsi manipulyasiyanın nəticəsidir.
Hökumət nəzarətindəki media yüksək səviyyədə maliyyələşir, hakimiyyətin narrativini davam etdirmək üçün pul ayırır. Qəzet nüsxələri ictimai yerlərdə pulsuz paylanır, dövlət radio və televiziya kanalları hər evə çatır. Reklamlar əsasən dövlət şirkətləri və qurumları tərəfindən maliyyələşir.
Hökumət manipulyasiyasına milyonlarla avro sərf edir. 2015-dən bəri “Sorosun gizli şəbəkəsi milyonlarla miqrant gətirir” ideyasını yaymaq üçün 100 milyon avrodan çox vəsait xərclənib (Kreko və Enyeldi 2018j). Təbliğatın nümunəsi həftəlik “Figyelő” nəşridir; sahibi dövlət məsləhətçisi olub, gəlirinin 70 faizi hökumətdən gəlir. Bu media təkcə rəy formalaşdırmır, intizam aləti kimi də fəaliyyət göstərir; məsələn, “Sorosun muzdluları” adlandırılan 200-dən çox akademik və hüquq müdafiəçisinin siyahısını dərc edib (Pablo Gorondi 2018). Dövlət reklamları hökumətə yaxın media qurumlarına yönəldilir, nəticədə “Fidesz” və oliqarxların nəzarətində media zənciri yaranır.
Təbliğatın yayılmasında radio, televiziya və digər kanallara da yüz milyonlarla dollar xərclənir. 2017-ci ildə Viktor Orbanın “Macarıstanın düşmənləri” - Brüssel və Soros diskursuna qarşı kampaniya üçün bilbordlar, vərəqələr, televiziya reklamları və poçt göndərişlərinə təxminən 250 milyon dollar xərclənib.
Xarici əlaqələr
Avropa Birliyinin iqtisadi və maliyyə dəstəyi, həmçinin üzv dövlətlərlə iqtisadi-ticarət əlaqələri sayəsində Macarıstan iqtisadiyyatı ciddi artım nümayiş etdirdi. Avropa Birliyi Macarıstana münasibətdə üç funksiyanı yerinə yetirib (Дуней 2021e):
- sistemi saxlayan;
- mövcud rejimin tərəfdarı;
- rejimi legitimləşdirən.
Bu funksiyalar yalnız Macarıstana deyil, bütün imitasiyalı demokratiyalar və hibrid rejimlərə xarakterikdir.
2018-ci ildə Avropa Birliyi siyasətini sərtləşdirərək Budapeştə qarşı sanksiyalar tətbiq etdi. 2019-cu ildə Avropa Xalq Partiyası “Fidesz”i sıralarından çıxardı. 2021-2024-cü illərdə qanunun aliliyinin zədələnməsinə görə Macarıstana 31 milyard dollardan çox yardım, o cümlədən COVID-19 bərpası fondu vəsaiti donduruldu (Bozóki, and Fleck 2024b).
Amma bu addımlar Orban hökumətinin siyasətini dəyişməyə məcbur etmədi. Kəskin etirazlara baxmayaraq, Macarıstan 2024-cü ilin iyulunda Avropa Birliyi Şurasına sədrliyi qəbul etdi.
Orban Avropa Birliyinin yardımlarından və cəza mexanizmlərindən yararlandı. Brüsselin cərimələri və xəbərdarlıqları hökumət üçün vətəndaşları etnomillətçilik və milli suverenlik təbliğatı altında Avropa institutlarına qarşı birləşdirmək imkanı yaratdı. Paralel olaraq, Orban Avropa Birliyi ilə münasibətlərdə təhdid mexanizmlərini işə saldı. 2018-ci ilin yanvarında Avropa Birliyinin maliyyəni kəsməsinin onu Çinə tərəf yönəltmək riskini qeyd etdi (Budapest Business Journal 2018). Avropa Birliyinin Rusiya enerji idxalından imtina təşəbbüsünə qarşı Macarıstan milyonlarla Avropa yardımı müqabilində Rusiya yanacağından asılılığı azaltmağı planlaşdırdı (Gavin, and Jack 2024). 2018-ci ilin aprelində Macarıstan Çinin “Bir kəmər və yol” təşəbbüsünü tənqid edən bəyanatı imzalamayan yeganə Avropa ölkəsi oldu.
Orbanın siyasəti Rusiya, Çin, Türkiyə və Azərbaycan kimi ölkələrin liderlərinə Avropa Birliyində tərəfdaş tapmaq fürsəti verdi. AB liderlərini “Titanikdə skripka çalan insanlar” adlandıran Orban (Schwartz, and Foy 2024) etnik türk dövlətlərinin avtoritar liderlərinin təşkilatında müşahidəçi kimi iştirak edir və sammitə ev sahibliyi edir.
Bakı ilə əməkdaşlıqda Budapeştin iqtisadi-siyasi münasibətlərində avtoritar rejimlərin maraqları ön plandadır. Azərbaycan hakimiyyəti maraqlarının müdafiəsi qarşılığında Macarıstanın investisiya layihələrində aktivdir. Macarıstan Azərbaycanın strateji tərəfdaşlıq bəyanatı imzaladığı az sayda ölkələrdəndir.
Macarıstanın 1999-cu ildən NATO üzvü kimi siyasəti sabit olub, müdafiəyə az sərmayə qoyur. Macarıstan Əfqanıstandakı əməliyyatda iştirak edib, Kosovo Qüvvələrində böyük kontingentə malikdir və NATO-nun Hərbi Tibb üzrə Mükəmməllik Mərkəzinə ev sahibliyi edir.
Nəticə
Kommunizmin süqutundan sonra Macarıstan yeni Konstitusiya qəbul etməyib, 1949-cu ilin əsas qanununa dəyişikliklər etdi. Yenilənmiş quruluş parlamentin üçdə iki çoxluğuna əsas institusional dəyişikliklər etməyə imkan verirdi. Müəlliflər belə çoxluğun heç vaxt əldə edilməyəcəyini güman edirdilər, lakin 2010-cu ildə “Fidesz” 53% səs və parlamentdə 68% çoxluq qazandı.
Bu institusional çoxluq Viktor Orban və partiyasına qanunverici və icraedici hakimiyyətə tam nəzarət, həmçinin ictimai həyatın — ticarət, təhsil, kilsə və incəsənət kimi sahələrə müdaxilə imkanı verdi. Orban öz maraqlarına uyğun şəxsləri dövlət orqanlarına təyin etməklə, xüsusən də prokurorluğu öz nəzarətinə alaraq, cinayət sanksiyalarından qorundu. Onun mərkəzləşdirmə siyasəti dövlət orqanlarının hakimiyyətə nəzarətini zəiflətdi.
Orban hakimiyyəti xalq tərəfindən müəyyən qədər dəstəklənir: gizli səsvermə təmin olunur, seçkilərdə iştirak edilir, zorakılıq təhlükəsi yoxdur, Avropa Birliyi üzvü kimi demokratik institutlara malikdirlər və sərbəst informasiya əldə etmək imkanları var.
AB üzvü olmaq demokratik dəyərlərin qəbulunu zəruri edir, lakin Macarıstanda avtokratiyanın çılpaqlığı ilə nümayişi mümkün deyil. Administrativ resurslar, hüquqi mexanizmlər və siyasi-iqtisadi güc hibrid rejim quraraq azad seçkilər vasitəsilə legitimlik əldə etməyə xidmət edir.
Orbanın sistemi əsasən iki funksiyanı yerinə yetirir:
- uzunmüddətli hakimiyyət sabitliyi yaratmaq;
- demokratiya prinsiplərindən açıq şəkildə uzaqlaşmamaq.
Macarıstanın son 15 illik siyasi transformasiyası postsovet və postkommunist məkan üçün əhəmiyyətli nümunədir. Liberal demokratiyanın institusional əsaslarını formalaşdırmaqda ilkin uğurlardan sonra, 2010-cu ildən Orban və “Fidesz” konstitusiya və hüquqi dəyişikliklərlə bu uğuru tədricən ləğv etdi. Seçki qanunvericiliyinin manipulyasiyası, məhkəmə sisteminin siyasi təsirə açılması, dövlət mediasının hökumət təbliğatı kimi fəaliyyətləri və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması Macarıstanı rəqabətli avtoritarizm nümunəsinə çevirdi.
AB-nin demokratik təsir mexanizmlərinin yetərsizliyi, həm Macarıstan daxilində, həm də Avropada liberal demokratik konsensusun zəiflədiyini göstərir. Orbanın “illiberal demokratiya” anlayışı təkcə daxili idarəetməni deyil, həm də qlobal geosiyasi mövqeyini əks etdirir: Qərb liberalizminə qarşı çıxmaq, avtoritar rejimlərlə ittifaqlar qurmaq, milli suverenlik ritorikası ilə demokratik nəzarəti zəiflətmək.
Bu kontekstdə Macarıstan siyasi sistemi həm milli, həm də beynəlxalq səviyyədə önəmli nümunədir. Seçkilərlə legitimləşdirilən liderlərin hüquqi mexanizmlərdən istifadə etməklə demokratiyanı aşındırması demokratik sistemlərin yeni təhdidlərə qarşı çevik və prinsipial müdafiə strategiyasının vacibliyini göstərir.
İstinadlar:
Viktor Orban. 2014. Prime Minister Viktor Orbán’s Speech at the 25th Bálványos Summer Free University and Student Camp. website of the Hungarian Government. July 26
http://2010- 2015.miniszterelnok.hu/in_english_article/_prime_minister_viktor_orban_s_speech_at_the_25th_balvanyos_summer_free_unive rsity_and_student_camp
Фарид, Закария. 2004. Возникновение нелиберальных демократий // Логос. № 2 (42). С. 56
Kreko, Peter, Zsolt Enyeldi. 2018a. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Wilkin, Peter. 2018a. The Rise of ‘Illiberal’ Democracy: The Orbánization of Hungarian Political Culture, Journal of World-System Research. June.
https://jwsr.pitt.edu/ojs/jwsr/article/view/716
Wilkin, Peter. 2018b. The Rise of ‘Illiberal’ Democracy: The Orbánization of Hungarian Political Culture, Journal of World-System Research. June.
https://jwsr.pitt.edu/ojs/jwsr/article/view/716
Cooper, Luke. 2023a. Autocratic Nationalism in Hungary: Viktor Orbán as a Hegemonic Actor, LSE Research Online
https://eprints.lse.ac.uk/118153/
Cooper, Luke. 2023b. Autocratic Nationalism in Hungary: Viktor Orbán as a Hegemonic Actor, LSE Research Online
https://eprints.lse.ac.uk/118153/
Cooper, Luke. 2023c. Autocratic Nationalism in Hungary: Viktor Orbán as a Hegemonic Actor, LSE Research Online
https://eprints.lse.ac.uk/118153/
Comelli, Martin and Horvath, Vera. 2018a. "What Orbán Knows and His Enemies Don’t", Jacobin
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Comelli, Martin and Horvath, Vera. 2018b. "What Orbán Knows and His Enemies Don’t", Jacobin
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Мадьяр, Балинт. 2016a. Анатомия посткоммунистического мафиозного государства на примере Венигрии.
https://www.postcommunistregimes.com/wp-content/uploads/2021/07/2016.05.03.pdf.
Мадьяр, Балинт. 2016b. Анатомия посткоммунистического мафиозного государства на примере Венигрии.
https://www.postcommunistregimes.com/wp-content/uploads/2021/07/2016.05.03.pdf.
BBC. 2015a. “Виктор Орбан: от критика до друга Путина”. February 17
https://www.bbc.com/russian/international/2015/02/150216_hungary_orban_putin
BBC. 2015b. “Виктор Орбан: от критика до друга Путина”. February 17
https://www.bbc.com/russian/international/2015/02/150216_hungary_orban_putin
Hockenous, Paul. 2024a. Hungary’s Descent Into Dictatorship. Foreign Policy. December 6
https://foreignpolicy.com/2024/12/06/hungary-viktor-orban-democracy-dictatorship-illiberalism-eu/
Hockenous, Paul. 2024b. Hungary’s Descent Into Dictatorship. Foreign Policy. December 6
https://foreignpolicy.com/2024/12/06/hungary-viktor-orban-democracy-dictatorship-illiberalism-eu/
Matthew, Yglesias. 2014a. Hungary’s Prime Minister thinks it’s time to ditch liberal democracy. VOX. July 29.
Matthew, Yglesias. 2014b. Hungary’s Prime Minister thinks it’s time to ditch liberal democracy. VOX. July 29.
Hungary PM: we lied to win election. 2006a. The Guardian. September 18
https://www.theguardian.com/world/2006/sep/18/1
Hungary PM: we lied to win election. 2006b. The Guardian. September 18
https://www.theguardian.com/world/2006/sep/18/1
Kreko, Peter, Zsolt Enyeldi. 2018b Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Коваленко, Анна. 2007. Нео-авторитаризм и лидерство: последствия для современной Украины. Connections. January 1
Bozóki, András and Fleck, Zoltán. 2024. Embedded Autocracy: Hungary in the European Union. Lexington Books. London.
Bánkuti, Miklós, Gábor Halmai, and Kim Lane Scheppele. “Disabling the Constitution.” Journal of Democracy, vol. 23, no. 3, 2012, pp. 138–146.
Beauchamp, Zack. 2024a. Make America Hungary Again. The Atlantic. July 17
Beauchamp, Zack. 2024b. Make America Hungary Again. The Atlantic. July 17
Beauchamp, Zack. 2024c. Make America Hungary Again. The Atlantic. July 17
Beauchamp, Zack. 2024d. Make America Hungary Again. The Atlantic. July 17
Dragomir, Marius. 2017a. The state of Hungarian media: Endgame. Media@LSE blog. August 27.
https://blogs.lse.ac.uk/medialse/2017/08/29/the-state-of-hungarian-media-endgame/
Frum, David. 2018a. The Risks to Freedom in Hungary. The Atlantic. April 5
https://www.theatlantic.com/international/archive/2018/04/hungary-elections-orban/557294/
Frum, David. 2018b. The Risks to Freedom in Hungary. The Atlantic. April 5
https://www.theatlantic.com/international/archive/2018/04/hungary-elections-orban/557294/
Dragomir, Marius. 2017b. The state of Hungarian media: Endgame. Media@LSE blog. August 27.
https://blogs.lse.ac.uk/medialse/2017/08/29/the-state-of-hungarian-media-endgame/
Frum, David. 2018c. The Risks to Freedom in Hungary. The Atlantic. April 5.
https://www.theatlantic.com/international/archive/2018/04/hungary-elections-orban/557294/
Beauchamp, Zack. 2024e. Make America Hungary Again. The Atlantic. July 17
Дуней, Пал. 2021a. Играя со всеми: Многовекторная внешняя политика Венгрии. Per Concordiam. April 22.
Krugman, Paul. 2014. Hungary, An Election in Question, Part 2. The New York Times. February 28.
Beauchamp, Zack. 2024f. Make America Hungary Again. The Atlantic. July 17
Wilkin, Peter. 2018c. The Rise of ‘Illiberal’ Democracy: The Orbánization of Hungarian Political Culture, Journal of World-System Research. June.
https://jwsr.pitt.edu/ojs/jwsr/article/view/716
Wilkin, Peter. 2018d. The Rise of ‘Illiberal’ Democracy: The Orbánization of Hungarian Political Culture, Journal of World-System Research. June.
https://jwsr.pitt.edu/ojs/jwsr/article/view/716
Wilkin, Peter. 2018e. The Rise of ‘Illiberal’ Democracy: The Orbánization of Hungarian Political Culture, Journal of World-System Research. June.
https://jwsr.pitt.edu/ojs/jwsr/article/view/716
Beauchamp, Zack. 2024g. Make America Hungary Again. The Atlantic. July 17
Beauchamp, Zack. 2024h. Make America Hungary Again. The Atlantic. July 17
News European Parlament. 2022a. MEPs: Hungary can no longer be considered a full democracy. Press Releases. September 15.
Korkut, Umut.2022a. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Korkut, Umut.2022b. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Korkut, Umut.2022c. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Magyar Bálint, and Bálint Madlovics. 2022. Hungary 2022: Election Manipulation and the Regime’s Attempts at Electoral Fraud. Democracy Institute.
Korkut, Umut.2022d. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
News European Parlament. 2022b. MEPs: Hungary can no longer be considered a full democracy. Press Releases. September 15.
Wike, Richard. 2010a. “Hungary Dissatisfied with Democracy, but Not Its Ideals,” Pew Research Center. April 7
www.pewglobal.org/2010/04/07/hungary-dissatisfied-with-democracy-but-not-its-ideals
Wike, Richard. 2010b. “Hungary Dissatisfied with Democracy, but Not Its Ideals,” Pew Research Center. April 7
www.pewglobal.org/2010/04/07/hungary-dissatisfied-with-democracy-but-not-its-ideals
Kreko, Peter, Zsolt Enyeldi. 2018c. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Kreko, Peter, Zsolt Enyeldi. 2018d. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Korkut, Umut.2022e. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Korkut, Umut.2022g. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Korkut, Umut.2022f. Viktor Orbán: Hungary’s controversial authoritarian prime minister secures yet another term in national election. The Conversation. April 4
Реньи, Дэниел Пол. 2022. Орбан: левые заключили пакт с украинцами. 444.hu. April 1
https://444.hu/2022/04/01/orban-a-baloldal-lepaktalt-az-ukranokkal
Kreko, Peter, Zsolt Enyeldi. 2018e. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Kreko, Peter, Zsolt Enyeldi. 2018f. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Kreko, Peter, Zsolt Enyeldi. 2018g. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Kreko, Peter, Zsolt Enyeldi. 2018h. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Soguel, Dominique. 2020a. From democracy to authoritarianism: Hungary under Orbán. The Christian Scince Monitor. April 9
Soguel, Dominique. 2020b. From democracy to authoritarianism: Hungary under Orbán. The Christian Scince Monitor. April 9
Гослинг, Тим. 2025. Трамп "вдохновил" Орбана, Фицо и Вучича: НПО под прицелом. DW. March 3
https://www.dw.com/ru/primer-trampa-vdohnovil-orbana-fico-i-vucica-npo-pod-pricelom/a-71916331
Comelli, M., and Horvath, V. 2018a. What Orbán Knows and His Enemies Don’t. Jacobin.
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Comelli, M., and Horvath, V. 2018b. What Orbán Knows and His Enemies Don’t. Jacobin.
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Jancsics, David. 2024a. Sociology of Corruption: Patterns of Illegal Association in Hungary. Cornell University Press. London
Jancsics, David. 2024b. Sociology of Corruption: Patterns of Illegal Association in Hungary. Cornell University Press. London
NOERR. 2024. The Case of Tobacco in Hungary. March 24
https://www.noerr.com/en/insights/the-case-of-tobacco-in-hungary
Statista. 2024
https://www.statista.com/statistics/1101487/hungary-estimated-net-worth-of-the-ten-richest-persons/
Jancsics, David. 2024c. Sociology of Corruption: Patterns of Illegal Association in Hungary. Cornell University Press. London
Scheffer, Joakim. 2024. Hungary Emerges as a Top Performer in EU Fund Utilization. Hungarian Conservative. January 8.
https://www.hungarianconservative.com/articles/current/hungary_eu_top_performer/
Corruption Research Centre Budapest. 2019. The EU Funds, Viktor Orbán, and Lőrinc Mészáros, the Hungarian Gas Fitter. March.
Magyar, Balint and Madlovics, Balint. 2019. Hungary’s Mafia State Fights for Impunity. Balkan Insight, Reporting Democracy section. June 21.
https://balkaninsight.com/2019/06/21/hungarys-mafia-state-fights-for-impunity/
Дуней, Пал. 2021b. Играя со всеми: Многовекторная внешняя политика Венгрии. Per Concordiam. April 22.
Roth, Kenneth. 2021. Готова ли демократия проявить себя, когда авторитаризм стоит в оборонительной позиции? Human Rights Watch.
https://www.hrw.org/ru/world-report/2022/autocrats-on-defensive-can-democrats-rise-to-occasion
Дуней, Пал. 2021c. Играя со всеми: Многовекторная внешняя политика Венгрии. Per Concordiam. April 22.
Comelli, M., and Horvath, V. 2018c. What Orbán Knows and His Enemies Don’t. Jacobin.
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Comelli, M., and Horvath, V. 2018c. What Orbán Knows and His Enemies Don’t. Jacobin.
https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition
Дуней, Пал. 2021d. Играя со всеми: Многовекторная внешняя политика Венгрии. Per Concordiam. April 22.
Kreko, Peter, Zsolt Enyeldi. 2018i. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Еремина, Наталья. 2016. Авторитарный дрейф в ЕС. Куда идут Венгрия и Польша? Евразия Экперт. November 9.
https://eurasia.expert/avtoritarnyy-dreyf-v-es-kuda-idut-vengriya-i-polsha/
Soguel, Dominique. 2020с. From democracy to authoritarianism: Hungary under Orbán. The Christian Scince Monitor. April 9
The Guardian. 2018. Hungary passes anti-immigrant 'Stop Soros' laws. June 18
https://www.theguardian.com/world/2018/jun/20/hungary-passes-anti-immigrant-stop-soros-laws
Kreko, Peter, Zsolt Enyeldi. 2018j. Explaining Eastern Europe: Orbán’s Laboratory of Illiberalism, ournal of Democracy. July
Gorondi, Pablo. 2018. “Hungary: Pro-Government Weekly Prints List of ‘Soros Mercenaries'”. Associated Press. April 12
https://apnews.com/general-news-6fc8ca916bdf4598857f58ec4af198b2
Gavin, Gabriel, and Jack Victor. 2024. Hungary ready to quit Russian oil — for a price. Politico. November 20
https://www.politico.eu/article/hungary-ready-quit-russia-oil-price/
Дуней, Пал. 2021e. Играя со всеми: Многовекторная внешняя политика Венгрии. Per Concordiam. April 22.
Budapest Business Journal. 2018. “Orbán: If EU Doesn’t Pay, Hungary Will Turn to China”. January 11
https://bbj.hu/politics/foreign-affairs/visits/orban-if-eu-doesn-t-pay-hungary-will-turn-to-china/
Gavin, Gabriel, and Jack Victor. 2024. Hungary ready to quit Russian oil — for a price. Politico. November 20
https://www.politico.eu/article/hungary-ready-quit-russia-oil-price/
Schwartz, Felicia, and Foy Henry. 2024. Historic NATO summit overshadowed by questions about Biden. Financial Times. July 12
https://www.ft.com/content/498af092-0c81-4cbc-aa09-6e7d7b5f69f3