Yazı abstraktlarının qəbulu

Yazı abstraktlarının qəbulu: "Demokratiya çağırışları və avtoritarizmin yüksəlişi"

Alimləri və tədqiqatçıları demokratiyanın müasir çağırışlarını və avtoritarizmin yenidən dirçəlişini araşdıran, xüsusilə aşağıdakı mövzuları əhatə edən, Mərkəzi Asiya, Cənubi Qafqaz və xüsusilə Azərbaycan, İran, Türkiyə və Şərqi Avropa haqqında yazı abstraktlarını bizə göndərməyə dəvət edirik. İlkin mərhələdə yazının abstraktı göndərilməlidir. Əgər abstraktınız qəbul edilərsə, sizə tam məqalə qəbulu qaydaları təqdim ediləcəkdir:

  • Avtoritar rejimlərin inkişafı və strategiyaları: (məsələn, nəzarət mexanizmləri, təbliğat, kooptasiya, repressiya)
  • Demokratiyanın gələcəyi və çağırışlar: (məsələn, populizm, qütbləşmə, rəqəmsal avtoritarizm, dezinformasiya)
  • Müstəqil medianın və vətəndaş cəmiyyətinin rolu: (məsələn, müqavimət, təbliğat, informasiya yayımı, vətəndaş iştirakı)
  • Qlobal və regional siyasi tendensiyalar: (məsələn, beynəlxalq gücün dəyişməsi, regional ittifaqlar, demokratik geriləmə)
  • Regionda avtoritarizmlə bağlı geosiyasi tendensiyalar.

Göndərdiyiniz abstraktlar aşağıdakı akademik üslublarda olan yazıların yazılmasını hədəfləyə bilər:

1. Ciddi metodologiya və faktoloji məlumatlara əsaslanan tədqiqat məqalələri; 

2. Dəlillərə əsaslanan tənqidi araşdırma irəli sürməklə müəllif rəyini də qismən ehtiva edən təhlil məqalələri (analizlər);

3. Əsasən müəllifin rəylərinə əsaslanan, lakin orijinal baxış bucaqları təqdim edən rəy yazıları.

Abstraktların göndərilmə qaydaları:

  • Abstraktlar Azərbaycan, İngilis və ya Rus dillərində qəbul edilir.
  • Abstrakt 500 sözdən çox olmamalı, tədqiqat suallarını göstərməli, seçilmiş tədqiqat suallarının KHAR missiyasına və/və ya yuxarıda qeyd olunan tematik istiqamətlərə uyğunluğunu təsvir etməlidir.
  • Əgər abstraktınız qəbul edilərsə, sizə tam məqalə qəbulu qaydaları təqdim ediləcəkdir.
  • Zəhmət olmasa Çikaqo 17-ci nəşr sitat üslubundan istifadə edin.
  • Abstraktınızı .docx və ya .pdf faylı kimi göndərin.
  • Zəhmət olmasa e-poçtunuzun və faylınızın adını belə qeyd edin: Abstract_Submission_MüəllifinTamAdı_Tarix
  • Abstraktınızı bu ünvana göndərin: info@kharcenter.com