KharCenter
“KharCenter” – Xəzər Tədqiqat və Analiz Mərkəzi: Geosiyasi və regional proseslərin təhlili və strateji ideyaların formalaşdırılması üzrə analitik platforma-ideya laboratoriyası
Xəzər Tədqiqat və Analiz Mərkəzinin (KHAR) missiyası Azərbaycan, Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropada demokratiyanı, insan hüquqlarını və yaxşı idarəetməni inkişaf etdirməkdir. Bu məqsədə nail olmaq üçün KHAR dəlillərə əsaslanan tədqiqatlar hazırlayır və yayımlayır, məlumatlı müzakirələrə şərait yaradır və siyasətçilərə, aktivistlərə və tədqiqatçılara praktiki tövsiyələr təqdim edir. Məqsəd vətəndaş cəmiyyətini gücləndirmək və demokratik keçidləri dəstəkləməkdir.
KHAR elə bir gələcəyi təsəvvür edir ki, demokratik idarəetmə, insan hüquqlarına hörmət və sosial ədalət hazırda avtoritar rejimlərin idarəsi altında olan bölgələrdə üstünlük təşkil etsin. Bu hədəfə çatmaq üçün KHAR məlumatlı müzakirələri təşviq edir, hesabatlılığı dəstəkləyir və vətəndaş cəmiyyətinin əsaslarını gücləndirir. Hədəflənən bölgələrdə dayanıqlı və ədalətli demokratik mühitin qurulmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
KHARCENTER-İN DİREKTORU
Elman Fattah
Elman Fəttah ali təhsilini Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə başa vurub. Siyasi fəaliyyətə 2000-ci illərin əvvəllərindən etibarən Müsavat Partiyasında başlayıb, 2014–2017-ci illərdə partiyanın Divan üzvü və başqan müavini vəzifələrində çalışıb.
Hazırda III Respublika Platformasının (ResPlatforma) qurucu heyət üzvüdür.
Siyasi təcrübəsi ilə yanaşı, o, həm də analitik kimi tanınır. Onun əsas tədqiqat istiqamətləri avtoritarizmin müasir formaları və postsovet ölkələrində demokratik geriləmə problemləri ilə bağlıdır. Müəllifi olduğu “Yeni Avtoritarizm və Azərbaycan” adlı kitab bu mövzuda yazılmış mühüm mənbələrdən biri hesab olunur. Kitabda Azərbaycanın siyasi sistemində formal olaraq mövcud olan demokratik institutların real funksional fəaliyyətinin necə zəiflədiyi və təsirsizləşdirildiyi geniş şəkildə təhlil edilir.
Elman Fəttah müxtəlif media platformalarında yayımlanan məqalə və siyasi analizlərində əsas diqqəti Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqaz regionunda güc balansı, demokratik institutların aşınması və qlobal avtoritarizmin güclənməsi kimi mövzulara yönəldir.
MÜƏLLİF
Ahad Ahadli
Siyasi tədqiqatçı.
Mərkəzi Avropa Universitetinin siyasi elmlər üzrə magistrı.
MÜƏLLİF
Amrah Jafarov
Almaniyada yaşayan politoloq, araşdırmaçıdır.
O Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akadmiyasının Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavrı, Türkiyənin Ankara Sosial Elmlər Universitetində Siyasi Elmlər ixtisası üzrə magistraturanı və ABŞ-ın San Dieqo Universitetində Mediasiya və Münaqişə Həlli üzrə ali təhsil kursunu bitirib.
MÜƏLLİF
Araz Aliyev
Tədqiqatçı, analitik.
Üçüncü Respublika Platformasının qurucu heyət üzvü.
MÜƏLLİF
Emin Aslanov
Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr və ABŞ-ın Nyu-York şəhərində Syracuse Universitetinin Hüquq fakultəsində magistr təhsili alıb. Hazırda hüquqçu kimi fəaliyyət göstərir.
MÜƏLLİF
Ismail Djalilov
ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir.
YouTube platformasında yayımlanan “Düz Danışaq” kanalının aparıcısıdır. Siyasətçilər, diplomatlar və digər məlumat istehsalçıları ilə Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.
MÜƏLLİF
Maryam Gholizadeh
Məryəm Qolizadə hazırda Türkiyənin Ankara şəhərində yaşayan universitet müəllimi və akademik tədqiqatçıdır. O, Orta Doğu Texniki Universitetində (Middle East Technical University) Ərazi Araşdırmaları üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə malikdir. Onun dissertasiyası sosial hərəkatlarda emosional keçidlər, xüsusilə də İranda baş vermiş 1979-cu il inqilabı haqqındadır.